Hindistan Rusiyadan 14,5 milyard dollarlıq silah və hərbi texnika alacaq

Hindistan Rusiyadan 14,5 milyard dollarlıq silah və hərbi texnika alacaq
 

Hindistan Rusiyadan 14,5 milyard dollar dəyərində silah və hərbi texnika alacaq.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.

O deyib ki, Hindistan və Rusiya arasında 14,5 milyard dollar dəyərində Rusiyadan silahların və hərbi texnikaların tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.

 

"Bu, çox əhəmiyyətli rəqəmdir və həqiqətən irəliləyişdir", - deyə D.Şuqayev qeyd edib.


OXŞAR XƏBƏRLƏR