Hindistan HHQ yanlışlıqla öz helikopterini vurdu

Hindistan HHQ yanlışlıqla  öz helikopterini vurdu
 

Hindistan Hərbi Hava Qüvvələri (HHQ) bu ilin fevral ayında yanlış olaraq öz helikopterini vurub.

Sfera.az bildirir ki,  bunu ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi Rakeş Kumar Sinqh etiraf edib.

Onun sözlərinə görə, insidentlə əlaqədar iki hərbçi məsuliyyətə cəlb olunacaq. Qeyd olunub ki, hadisə ilə bağlı uzun müddət təhqiqat aparılıb.

 

Bu il fevralında Cammu və Kəşmir ştatında Hindistana məxsus helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olmuşdu.


OXŞAR XƏBƏRLƏR