Hilları Klinton bir daha seçkilərdə iştirak etməyəcək

Hilları Klinton bir daha seçkilərdə iştirak etməyəcək

ABŞ prezidentliyinə namizəd Hilları Klinton bir daha seçkilərdə iştirak etməyəcək.

 

APA-nın xəbərinə görə, bunu sabiq dövlət katibinin nümayəndəsi Nira Tanden CNN telekanalına açıqlamasında bildirib.

 

"Düşünürəm ki o, insanlara, uşaqlara və sadə ailələrə yardım göstərməyə üstünlük verəcək. Hillari Klinton ömrü boyu məhz bununla məşğul olub. Güman etmirəm ki, o bundan sonra hər hansı seçkilərdə iştirak etsin”, deyə N.Tanden bildirib.

 

Bundan əvvəl "New York Daily News” qəzeti Hilları Klintonun Nyu-Yorkun meri postuna namizədliyini irəli sürəcəyi barədə məlumat verib. Məlumatlı mənbəyə istinad edən qəzetin yazdığına görə, şəxsi söhbət zamanı sabiq dövlət katibi Nyu-Yorkun meri postu uğrunda mübarizəyə qoşulacağını istisna etməyib.

 

 Qeyd edək ki, Nyu-York merinin seçkiləri noyabrın 7-də baş tutacaq. 

Share Button

DİGƏR XƏBƏRLƏR