Hikmət Hacıyevin Ermənistanın PKK-çılarla işbirliyi barədə dedikləri \"Dailysabah\"da

Hikmət Hacıyevin Ermənistanın PKK-çılarla işbirliyi barədə dedikləri \
Ötən gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İngiltərə Əcnəbi Jurnalistlər Dərnəyinin(British Foreign Press Association) onlayn tədbirində çıxış edib.

 

Sfera.az xəbər verir ki, həmin çıxış məşhur "Dailysabah” saytında da işıqlandırılıb.

 

Saytda da öz əksini tapdığı kimi H.Hacıyev Ermənistanın terrorçu fəaliyyəti, xüsusilə də PKK-çıları cəbhədə ön xəttə yerləşdirməsi ilə bağlı vacib məsələlərə toxunub.

 


Tədbir zamanı Hikmət Hacıyev mülki əhalini hədəf alan Ermənistana qarşı reaksiya göstərilməsinin vacibliyini qeyd edib.


Suriyadan Azərbaycana muzdlu döyüşçülərin gətirilməsi ilə bağlı fikirləri təkzib edən H.Hacıyev "Əvvəla buna ehtiyacımız yoxdur. Bizim olduqca professional ordumuz var. Kifayət qədər də ehtiyat qüvvəmiz mövcuddur ”, - deyə bildirib.


Ermənistan ordusunda başqa ölkələrdən gətirilən döyüşçülərin olduğuna diqqət çəkən Prezident köməkçisi Suriya və Livanla bərabər, ABŞ, Kanada xüsusilə də Fransadan ermənilərin ordu sıralarına cəlb olunduğunu deyib. Adıçəkilən ölkələrdən Ermənistan kökənli şəxslərin döyüşdə istifadə edilməsini, bu şəxslərin Azərbaycan ordusuna qarşı vuruşaraq mülki vətəndaşları öldürməsini dayandırmağa çağıran H.Hacıyev "Eyni zamanda PKK terror qruplaşmasının döyüşdə iştirak etməsi ilə bağlı narahatlığımız var. Onlar da Ermənistan Silahlı Qüvvələri sırasında yer alır. Əsasən də ilk müdafiə xəttində yerləşdirilirlər”, - deyə qeyd edib.

 

 

"Mülki təyyarələrlə silah daşınır”


H.Hacıyev Ermənistana müxtəlif ölkələrdən silah daşınması ilə bağlı narahatlığını da dilə gətirib.

 

"Ermənistan mülki təyyarələrdən istifadə edir. Bu Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına ziddir. Mülki təyyarələrə raket yükləyirlər. Yardım adı altında silah və raketlər Ermənistana daşınılır. Bu silahlarla isə Azərbaycanda mülki əhalini öldürürlər. Bunun da beynəlxalq media tərəfindən araşdırılması lazımdır”, - H.Hacıyev diqqətə çatdırıb.


"Türkiyənin dəstəyi beynəlxalq qanunlar çərçivəsindədir”


Türkiyə ilə Azərbaycan arasında xüsusi bir bağ olduğunu vurğulayan H. Hacıyev: "Türkiyənin bizə göstərdiyi mənəvi dəstək, diplomatik dəstək, coğrafi dəstəkdir. Türkiyə regional bir ölkədir. Türkiyənin Azərbaycana verdiyi diplomatik və mənəvi dəstək beynəlxalq hüquqlar normasında gerçəkləşdirilir. Təbii ki, Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində də iş birliyi görülür ancaq bu üçüncü bir ölkənin döyüşə qatıldığı, Azərbaycanın müdafiə gücünü artırmaq üçün yardım aldığı anlamına gəlməz. Bunu Ermənistanın növbəti təxribatı kimi görürük”.

 

"ABŞ-dakı görüşlərdə irəliləyiş gözləmirik”


ABŞ xarici işlər naziri Mayk Pompeonun Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zohrab Mnatasakanyanla görüşməsi məsələsinə toxunan Prezident köməkçisi bu görüşdən xüsusi bir irəliləyişin olacağını gözləmədiyini dilə gətirib.

 

ABŞ-ın Minsk qrupunun əsas ölkələrindən biri olduğuna diqqət çəkən H.Hacıyev Vaşinqtonun bu münaqişəsini sülh yolu ilə həll etmək üçün cəhd göstərdiyini amma bunu reallaşmadığını deyib.


Azərbaycanın 30 ildir ki, danışıqlarla həll yolunu irəli sürdüyünü xatırladan H.Hacıyev danışıqların uğursuzluqla nəticələnməsinin məsuliyyətinin həm də Minsk Qrupu ölkələrinin üzərində olduğunu diqqətə çatdırıb.


Sfera.az

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...