Hikmət Hacıyev erməni yalanlarını ifşa etdi

Hikmət Hacıyev erməni yalanlarını ifşa etdi

 

Erməni yalanlarına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin mənzil qəraragahı Nyu-Yorkda yerləşən Eurasianet.orgportalında aprelin 25-də "Dağlıq Qarabağ: Mülki insanların əsl vəziyyəti” adlı məqaləsi dərc edilib.

Oxu.Az-ın xəbərinə görə, məqalədə müəllif erməni yalanlarını ifşa edərək qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx şəkildə yalnız mülki Azərbaycan əhalisinin yaşadığını qeyd edib. 

XİN sözçüsü Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə nəticəsində qarşı tərəfdə mülki insanların olmadığını vurğulayaraq, Ermənistan təbliğatının qəsdən 2 aprel tarixindən başlayaraq təmas xətti boyunca yerləşən 34 Azərbaycan kənd və şəhərinin intensiv artilleriya atəşənə tutulmasından sükutla keçdiyini oxucuların diqqətinə çatdırıb. 

Müəllif işğal olunmuş Ağdamın Sarıcalı kəndində orta məktəb binasına atılan artilleriya mərmisi nəticəsində 220 nəfər şagirdin təsadüf nəticəsində sağ qaldığını bildirib. Tər-Tər sakini 16 yaşlı Təranə Həsənlinin isə Ermənistan tərəfindən atılan mərmi nəticəsində evlərinin həyətində faciəli həlak olduğunu qeyd edib. Ermənistanın son hücumları nəticəsində 4 nəfər mülki insanın öldüyü, 20-dən artıq insanın yaralandığı və mülki obyektlərə ciddi ziyan dəydiyini bildirib.

H.Hacıyev mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün 2 aprel tarixindən etibarən Azərbaycan ordusunun cavab tədbirləri gördüyünü qeyd edib. Azərbaycan tərəfinin zəruri tədbirlər görməyəcəyi halda, Ermənistanın 1992-ci il qanlı Xocalı faciəsi kimi qırğını təkrar törətməkdən çəkinməyəcəyini yazıb.

Baş vermiş hadisələrə görə öz məsuliyyətini gizlətmək üçün Ermənistanın yalan təbliğatla məşğul olduğunu yazan H.Hacıyev artıq 2 aprel tarixi səhər radələrindən sosial mediada Ermənistanın uydurduğu audio-vizual materiallarla doldurulduğunu oxucuların diqqətinə çatdırıb. Hərbi əməliyyatlar başlayan kimi sosial şəbəkələrə yalan təbliğat materiallarının yerləşdirilməsinin Ermənistanın əvvəlcədən hazırladığı planının tərkib hissəsi olduğunu deyib.

Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun gərginliyin yaranmasının əsas səbəbi olduğunu qeyd edən H.Hacıyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. 

Azərbaycan ərazilərinin hərbi işğalının həll yolu olmadığını yazan müəllif Ermənistan rəhbərliyinin bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh və sabitliyin bərqərar olacağını vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...