Hikmət Hacıyev də Prezidentin köməkçisi oldu
17:58 / 29.11.2019
5300
Azərbaycan Prezidenti İlham Əliyev Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncama əsasən, Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.