Hicran Hüseynovadan qalmaqallı Nuraya laqeydlik: komitə qızla maraqlanmır- ÖZƏL

Hicran Hüseynovadan qalmaqallı Nuraya laqeydlik: komitə qızla maraqlanmır- ÖZƏL
Xəbər verildiyi kimi, Quba rayon Məhkəməsinin qərarına baxmayaraq 10 yaşlı Nuray Bayramzadə xalasına qaytarılıb

Politika.Az yada salır ki, məlum qalmaqallı olayda sonra mətbuatda və sosial şəbəkələrdə ciddi ictimai qınaq olmuşdu.

Məhkəmə icraçısının uşağa qarşı kobud hərəkəti və üzünü görmədiyi atasına verilməsi kəskin tənqid olunmuşdu. 

İctimai qınaqdan sonra məhkəmə qərarı arxivə qovuşdu və 10 yaşlı Nuray xalasına verildi. Sonda yenə də uşağın fikrinə uyğun hərəkət olunub, yəni, o, hazırda xalasının yanındadır. 

Bu hadisə medianın gündəmindən çıxsa da, məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakının nədən ibarət olduğu bilinmədi. Aydın olmadı ki, komitə və sədri Hicran Hüseynova hansı fəaliyyəti ilə nəzərə çarpdı. 

Hər halda komitənin işi birbaşa bu məsələyə müdaxilə etmək, araşdırmaq, işgəncə faktoru ilə bağlı məsələ qaldırmaq, xalasına verilmiş uşağın taleyi ilə maraqlanmaq, atasının onlara təzyiq edib-etmədiyini öyrənmək idi. 

Amma mətbuat komitənin işindən xəbər tutmadı. Belə çıxdı ki, H.Hüseynova 10 yaşlı Nurayla maraqlanmayıb. Yəni, komitənin bir bəyanatına, sədrin o uşağın xalası evinə getməsinə dair məlumata rast gəlmədik. 

Halbuki, heç də uşağın xalasına verilməsi ilə iş bitmir. Atası və məhkəmə ailəyə yenidən təzyiq edə və mətbuata danışmağı yasaqlaya bilər. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ssədri Hicran Hüseynova isə onların sonrakı taleyi ilə belə görünür ki, maraqlanmayıb. 

Politika.Az xəbər verir ki, Azərbaycanda məişət zorakılığı, gender hüququnun pozulması, boşanma, aliment, qəyyumluq, qadın və uşaq problemləri, qeyri-rəsmi nikahdan sonra yaranan çətinliklərlə bağlı kifayət qədər faktlar var. 

İstərsə regionlarda, kəndlərdə, istərsə də şəhərlərdə və paytaxtda yetərincə faktlar var. Amma onların heç də hamısı komitənin diqqət mərkəzində deyil və H.Hüseynova tərəfindən qəbul edilmir. 

Belə demək mümkünsə, komitənin ləv edilərək əvəzində bu işlərin qeyri-hökumət təşkilatlarına verilməsi təklifləri də var. Çünki komitənin fəaliyyətsizliyinə yönəlik tənqidlər çoxdur. 

Xatırladaq ki, bir müddət əvvəl komitə mətbuatın diqqət mərkəzinə rüşvət olayı ilə gəlmişdi. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanovun barəsində olan cinayət işinin icraatı dayandırılıb. S. İmanov ölkədən qaçdığına görə axtarışa verilib, bununla əlaqədar olaraq iş üzrə icraat dayandırılıb.

Qeyd edək ki, S. İmanovun vətəndaşı işə düzəltmək adı ilə ondan külli miqdarda pulunu alaraq aldatması ilə əlaqədar həmin Komitədən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Politika.Az

OXŞAR XƏBƏRLƏR

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...