Hicablılara “bayquş” deyən aparıcı yenidən ANS-də

Hicablılara “bayquş” deyən aparıcı yenidən ANS-də

Hicablı qadınlara “bayquş” dediyi üçün ANS-dən uzaqlaşdırılan teleaparıcı Elnarə Təhməzova yenidən efirə qayıdır. 

Sfera.az qafqazinfo”nun məlumatına istinadən bildirir ki, bu haqda ANS-in “Facebook” səhifəsində məlumat verilib. Teleaparıcı yenidən “İncə maraqlar” və “İncə+” verilişi ilə tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, “İncə maraqlar” verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi. 


OXŞAR XƏBƏRLƏR