Hicaba qarşı qızılgül paylayan üç qadına 55 il həbs!

Hicaba qarşı qızılgül paylayan üç qadına 55 il həbs!
 

ABŞ Dövlət Departamenti İranda hicaba etiraz edən üç qadının birlikdə 55 il həbsə məhkum edilməsini pisləyib. Həmin qadınların ikisi ana-baladır. "İran rejiminin Yasaman Aryani, Munire Ərəbşahi  və Mojgan Keşavarz sadəcə, qızılgül paylamaqla məcburi hicab qanunlarına etiraz etdikləri üçün 55 illik həbsə məhkum etməsini pisləyirik”, – departamentin sözçüsü Morgan Ortagus avqustun 14-də tvitində yazıb.

O, "bütün ölkələri bu kobud pozuntunu pisləməyə” çağırıb. Son iki ildə İranda onlarla qadın məcburi geyim kodeksinə etiraza görə həbs olunub, Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirib.

Nyu Yorkda mənzillənən insan haqları qurumunun bildirməsinə görə, 23 yaşlı Aryani, onun anası Ərəbşahi və 9 yaşlı qız anası Keşavarz apreldə Tehranda saxlanıblar və ötən ay məhkum ediliblər.Onların həbsindən öncə sosial mediada yayılmış videoda üç qadının 8 mart Beynəlxalq qadınlar günündə, baş örtüyü olmadan metroda qadınlara gül payladığı görünür.

"Gün gələcək, biz təməl hüquqlarımız uğrunda mübarizə aparmalı olmayacağıq”, – Ərəbşahinin bu sözləri dediyi eşidilir.

İyulun 31-də Tehranda bir məhkəmə qadınlardan hər birini "dövlətin təhlükəsizliyinə qarşı birləşməyə” görə 5 il, "dövlətə qarşı təbliğata” görə bir il, "əxlaqi korrupsiya və fahişəliyi həvəsləndirməyə” görə 10 illik həbsə məhkum edib.Keşavarz  bundan başqa "müqəddəsləri təhqir etdiyinə” görə 7 il yarım həbsə məhkum olunub.

HRW bildirir ki, apelyasiya instansiyası hökmləri qüvvədə saxlasa, qadınlar 10 illik maksimum cəzanı çəkəcəklər. 1979-cu il islam inqilabından bəri İranda qadınların geyimində qadağalar tətbiq olunub. Geyim kodeksinə görə, qadınlar ictimai yerlərdə saç və bədənlərini örtməlidirlər.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...