Krİmİnal

Həyətində çətənə kolları əkib satmaq istədi - FOTOVİDEO

Həyətində çətənə kolları əkib satmaq istədi - FOTOVİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının növbəti əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbə sakini əvvəllər məhkum olunmuş Taleh Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, onun qəsəbə ərazisindəki həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 252 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

T.Ağayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam aparılır.


XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031