\"Həyəcanlandıqda əllərim dayanmadan əsir. Nə edim ki, titrəmələr olmasın?\"-söyləyənlər - OXUSUN

\
Əl titrəməsinin səbəbləri çoxdur. Bu, bəlli bir səbəbə bağlı deyil. Əsasən əl titrəməsi nevroloji xəstəlik olan parkinson xəstəliyi zamanı daha çox hiss olunur. Bundan əlavə irsi olaraq gələn əl titrəməsi də mövcuddur. Ailənin hər hansı bir üzvündə erkən əl titrəməsi müşahideə olunursa, uşaqda da bunun təkrarlanması mümkündür. Belə titrəmənin altında heç bir patoloji səbəb olmur. Bundan başqa, psixoloji səbəblərdən də  əl titrəməsi görülə bilər. Aqressiv, daim gərgin, əsəbi insanlarda da bu hal qaçılmazdır. Belə titrəmə qadınlarda daha çox nəzərə çarpır. İmmun sistemi zəif, zob olan insanlarda da əl titrəməsi yarana bilir. Əl titrəməsi insanın sosial mühitdə daha çəkingən davranmasına, sıxılmasına səbəb olur. İş görmək qabiliyyəti azalan insan zamanla depresiyaya girir ve əllərinə nəzarət edə bilməmək vəziyyəti daha da ağırlaşdırır. İnsanlar arasında belə fikir formalaşıb ki, əl barmaqlarını şıqqıldatmaq əl əsməsinə səbəb olur. Lakin bu doğru deyildir. Əl, qol, bilək, barmaq kimi oynaqlı sahələri sıxıb səs çıxarmaq sümüklərdə deformasiya yaradır. Zamanla yaranan deformasiyalar nadir hallarda əsmələrə səbəb olar amma, bu mütləq əl əsmələrinin əl oynaqlarının şıqqıldatmaqla yaranması demək deyil. Əl titrəməsi bir çox xəstəliyin xəbərçisidir. Bu səbəblə çox əhəmiyyət verilməlidir. Əllərdə titrəmə varsa, mütləq həkimə müraciət edilməlidir. Titrəmənin xarakteri çox əhəmiyyətlidir: Həyəcanlanan zaman yaranan əl titrəmələrinin qarşısını almaq üçün, gündəlik əl-bilək idman hərəkətləri etmək lazımdır. Uşaqlar üçün olan plastilinlərdən müxtəlif fiqurlar hazırlamaq, yaxud rezin dairələrlə əzələləri hərəkət etdirmək əl titrəmələrinin azalmasına kömək edə bilər. İdmanla məşğul olmaq insan fikrini yayındırdığı, sərbəstləşdirdiyi üçün də titrəmələrdə azalmalar müşahidə oluna bilər. Gənc insanlarda olan titrəmələr onlara psixoloji ağır təsir edir. Onlar yaşlanmadıqları halda əllərinin aşkar titrəməsindən narahat olurlar. Egər bu titrəmələr stressdən, həyəcandan yaranırsa o zaman insanların daha sakit olması titrəməni de azladacaq. Əks halda artıq həyəcan titrəmələrin daha da şiddətlənməsinə səbəb olur. Bu gün əl titrəmələri insanlar arasında geniş yayılıb. Buna səbəb isə telefondan həddinden artıq istifadə ,xüsusən saatlarla mesajlaşmaq, normal yatmamaqdır. Ümumiyyətlə, hər hansı xəstəliyin müalicəsində əsas olan etimoloji müalicədir, yəni, xəstəliyi yaradan səbəbi dəf etmək lazımdır. Simptomatik müalicə isə müvəqqəti xarakter daşıya bilər. Ona görə, səbəbləri aradan qaldırmaq lazımdır. Telefondan istifadəni azaltmaq, kompüterlərdən mümkün qədər istifadə etməmək, normal yatmaq, əl əzələlərini məşq etdirmək ve s. əl titrəmələrinin qarşısını almış olacaq.

OXŞAR XƏBƏRLƏR