İdman

Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb - FOTOLAR

Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb - FOTOLAR

 

"AtaBank” ASC-nin dəstəyi ilə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb. "GNI”, "VTB” Bank Azərbaycan, "AtaHolding”, "AFAM” və "Synergy” Şirkətlər Qrupunun təşkil olunan turnirdə çempion adı yenə dəyişməz qalıb.

 

Ənənəvi turnirin 8-ci ilində "No Name" zirvəni əldən verməyib. 32 gün davam edən yarışın ən titullu komandası bununla da 5-ci dəfə çempion tituluna yiyələnib. Onlar həlledici qarşılaşmada VTB-dən güclü olublar. Üçüncü yerin sahibinin adı isə dəyişib. "Cybernet"ə qalib gələn AFAM Group tarixinin ilk mükafatına - bürünc medala yiyələnib.

 

Belə ki, meydan əvvəlcə AFAM Group və "Cybernet"in ixtiyarına verilib. Tennis Akademiyasında baş tutan və AFFA-nın hakimlər briqadasının idarə etdiyi görüş həm maraqlı, həm də məhsuldar alınıb. "Cybernet"in əzmkarlıq göstərməsinə baxmayaraq, AFAM Group 7:5 hesabı ilə qalib gəlib.

 

"No Name" - "VTB” Bank Azərbaycan finalında isə gözlənilməz nəticə qeydə alınmayıb. "Adsız komanda" 4:0 hesablı qələbə qazanıb. Bu, həm də 3 il əvvəlki finalın qisası olub.

 

Beləliklə, uzun sürən marafon yenə də "No Name"in qələbəsi ilə başa çatıb. VTB-nin ikinci olduğu turnirdə "üçlüy"ü AFAM Group qapayıb.

 

Final

"No Name” – "VTB” Bank Azərbaycan – 4:0

Qollar: Şamo İsgəndərov 5 (pen), Ramiz Boqdanov, 29, 45, Etibar Babaşlı, 50

 

Üçüncü yer uğrunda matç

AFAM Group - "Cybernet" - 7:5

Qollar: Fərid Şabanov, 2, 16, 30, Mirşamil Qasımlı, 3, 32, 41, Cəbrayıl Quliyev, 11 - Fərid Abasov, 9, İsmayıl Hüseynli, 17, 43, Şöhrət Mayılov, 31, 33

 

Oyunların ardınca yarışın bağlanış mərasimi təşkil olunub. Turnirin təşkilatçısı "AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rauf Hüseynov çempionatın həmişəki kimi maraqlı və gərgin keçdiyini bildirib. "No Name” klubunun mükafatçıları təbrik etdikdən sonra yeni ildə də yarışın təşkil olunacağını qeyd edib. O vurğulayıb ki, 8 ildir keçirilən turnir ildən-ilə daha gərgin xarakter alır və bütün komandalar bir-birinə ciddi rəqib kimi baxırlar. Klub rəhbərləri də yarışın təşkilatçılığından, həmçinin gedişindən razılıq edərək minnətdarıq ediblər.

 

Ardınca mükafatlandırma mərasimi keçirilib. Çempiona xüsusi hazırlanmış kubokla yanaşı, 5000, 2-ci yeri tutan komandaya 4000, 3-cü pillənin sahibinə isə 3000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

 

Mərasimində yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu "No Name"in üzvü Hüseyn Xəlilov seçilib. Yarışın bombardiri adına Fərid Şabanov (AFAM Group, 12 qol) sahib olub. "No Name”in çempion olmasında xüsusi rolu olan Cahangir Qənizadə ötən il olduğu kimi, yenə qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.

 


XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930