Heydər Əliyev – 95 il

Heydər Əliyev – 95  il
Muzeydə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş II Respublika elmi konfransı keçiriləcək

Aprelin 17-sində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” adlı II Respublika elmi konfransı keçiriləcək. Iki seksiyadan ibarət olan konfransda muzey əməkdaşları ilə yanaşı, Respublikanın müxtəlif elmi-tədqiqat institutlarının elmi əməkdaşları iştirak edəcək. 
 
Konfransda tarix, etnoqrafiya, arxeologiya, numizmatika, muzey, kitabxana, və arxiv mövzuları üzrə 50-ə yaxın iştirakçının elmi məruzələri dinləniləcək. 
Tədbir Muzeyin Konfrans zalında saat 10.00-da başlayacaq.

Sfera.az

OXŞAR XƏBƏRLƏR