Həsənovun vəziyyəti pisləşdi: Prezidentə müraciət edildi

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb.

Sfera.az xəbər verir ki, vəkillər Cəlil Mirzəyev, Valeh Mehralıyev, Adəm Məmmədov və Cavad Cavadovun imzaladığı müraciətdə hazırda həbsdə olan sabiq Baş prokurorun səhhətinə diqqət çəkilib.

"Mətbuat vasitəsi ilə Sizə müraciətimizin əsas məqsədi hüquqlarını müdafiə etdiyimiz Eldar Hümbət oğlu Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyatına təhlükə yarandığı üçün təcili tibbi müdaxilənin aparılması ilə bağlıdır.

Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən Konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir.

Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişilməsi və Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilmişdir.

Son 6 ildə 7 ağır cərrahi əməliyyat keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar yaşayan, davamlı ürək ağrıları ilə müşaiyət olunan şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Eldar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuzluqlarla yanaşı, bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qiymətləndirir.

Eldar Həsənovun hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə, onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək”, - vəkillər qeyd edib.

Müraciətdə E.Həsənovun qəbul etdiyi dərmanların siyahısı da verilib:

"Şəkərli-diabet üçün: 1. Janumet – 1 t x 2 dənə (səhər, axşam), 2. Jardiance - 1 t x 2 dənə.

Ürək üçün: 3. Sortes – 2 t x 1 d, 4. Triatek – 2 t x 2 d, 5. Carvaton – 1 t x 2 d, 6. Valokardin – 20 damla x 3 dəfə, 7. Validol – 1 t x 2 d, 8. Aspirin-kardio – 1 t x 2 d.

Yaddaş üçün: 9. Rezerkane- 1 t x 2.

Yuxu üçün: 10. Remeron – 1,5 t x 1 d, 11. Dalmadorm – 1- 1,5 t x 1 d, 12. Relaxane – 1 t x 2 d, 13. Mugakalm – 1 t x 2 d, 14. Voltoren- 1-2 tab x 1- 2 d, 15. Ketanol (100 mq) 3 – 7 tab – 24 saat ərzində (çox təhlükəli doza), 16. Azrozol – nəfəs almada problemlər yarananda, 17. Movicol – gündə 2-3-4 dəfə), 18. Laxoberon – gündə 2-3-4 dəfə), 19. Nücleoc.m.p. Forte (sümük ağrıları üçün), 20. Solbutanol (интели) nəfəs alma problem yarananda.

Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir”.

Vəkillər sadalananları əsas gətirərək, Eldar Həsənovun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsi və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Prezidentdən kömək istəyiblər.Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, vəkillər Cəlil Mirzəyev, Valeh Mehralıyev, Adəm Məmmədov və Cavad Cavadovun imzaladığı müraciətdə hazırda həbsdə olan sabiq Baş prokurorun səhhətinə diqqət çəkilib.

"Mətbuat vasitəsi ilə Sizə müraciətimizin əsas məqsədi hüquqlarını müdafiə etdiyimiz Eldar Hümbət oğlu Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyatına təhlükə yarandığı üçün təcili tibbi müdaxilənin aparılması ilə bağlıdır.

Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən Konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir.

Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişilməsi və Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilmişdir.

Son 6 ildə 7 ağır cərrahi əməliyyat keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar yaşayan, davamlı ürək ağrıları ilə müşaiyət olunan şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Eldar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuzluqlarla yanaşı, bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qiymətləndirir.

Eldar Həsənovun hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə, onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək”, - vəkillər qeyd edib.

Müraciətdə E.Həsənovun qəbul etdiyi dərmanların siyahısı da verilib:

"Şəkərli-diabet üçün: 1. Janumet – 1 t x 2 dənə (səhər, axşam), 2. Jardiance - 1 t x 2 dənə.

Ürək üçün: 3. Sortes – 2 t x 1 d, 4. Triatek – 2 t x 2 d, 5. Carvaton – 1 t x 2 d, 6. Valokardin – 20 damla x 3 dəfə, 7. Validol – 1 t x 2 d, 8. Aspirin-kardio – 1 t x 2 d.

Yaddaş üçün: 9. Rezerkane- 1 t x 2.

Yuxu üçün: 10. Remeron – 1,5 t x 1 d, 11. Dalmadorm – 1- 1,5 t x 1 d, 12. Relaxane – 1 t x 2 d, 13. Mugakalm – 1 t x 2 d, 14. Voltoren- 1-2 tab x 1- 2 d, 15. Ketanol (100 mq) 3 – 7 tab – 24 saat ərzində (çox təhlükəli doza), 16. Azrozol – nəfəs almada problemlər yarananda, 17. Movicol – gündə 2-3-4 dəfə), 18. Laxoberon – gündə 2-3-4 dəfə), 19. Nücleoc.m.p. Forte (sümük ağrıları üçün), 20. Solbutanol (интели) nəfəs alma problem yarananda.

Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir”.

Vəkillər sadalananları əsas gətirərək, Eldar Həsənovun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsi və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Prezidentdən kömək istəyiblər.
 
OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...