Hesablama Palatası: “Şahdağ”da qiymət siyasətinə yenidən baxmalıdır

Hesablama Palatası: “Şahdağ”da qiymət siyasətinə yenidən baxmalıdır
 Hesablama Palatası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ” Turizm Mərkəzi QSC-yə mövcud resurslardan səmərəli istifadə olunmasını, əsas fəaliyyətdən olan gəlirlərin artırılmasını, xərclərin azaldılmasını və optimallaşdırılması istiqamətində müvafiq tədbirlər görülməsini təklif edib.

Bundan başqa, dövlət büdcəsindən mərkəzin maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsi üzrə yaranan zərərin örtülməsi məqsədi ilə verilən subsidiyanın ünvanlı istifadəsi və müəyyən olunan təyinat üzrə xərclənməsinə cari nəzarətin təmin olunması məqsədilə kassa icrasının xəzinədarlıq vasitəsi ilə həyata keçirilməsi tövsiyyə olunub. Palatadan bildirilib ki, vəsaitdən istifadənin səmərəliliyinin daha da artırılması məqsədi ilə satın alınan malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin orta bazar qiymətinə uyğunluğuna nəzarət artırılmalıdır. Ərzaq məhsullarının baha qiymətə alınması, tələbatdan artıq tədarük edilməsi, silinməsi, uçotun qeyri-qənaətbəxş aparılması və daxili istehlaka yönəldilməsi göstərilən iaşə xidmətlərinin maya dəyəri üzrə çəkilən xərclərin əldə olunan gəlirlərin məbləğindən yüksək olmasına səbəb olması kimi hallar nəzərə alınmalıdır.

Hesablama Palatasının rəyinə görə, "Şahdağ” Turizm Mərkəzi dövlət büdcəsindən asılılığını azaltmaq və mənfəətliyini təmin etmək məqsədi ilə tətbiq edilən qiymət siyasətinə yenidən baxmalıdır.

Qeyd edək ki, "Şahdağ” Turizm Mərkəzi QSC büdcədən zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsait hesabına 2016-cı ili əsas fəaliyyəti üzrə 1 805,2 min manat mənfəətlə başa vurub. Zərərin ödənilməsi üçün büdcədən 17 991 400 manat vəsait ayrılıb. Mərkəz üzrə 2016-cı ilin 31 dekabr tarixinə təqdim olunan məlumatlara əsasən, satışın maya dəyərinin tərkibində ən yüksək çəkiyə əməyin ödənişi üzrə xərclər (37,7%) və amortizasiya ayırmaları (30,7%) təşkil edib.

Qeyd olunub ki, əmək haqqı və sosial sığorta ayırmaları üzrə xərclər satışın maya dəyərində yüksək xüsusi çəkiyə malik olmaqla yanaşı, əsas fəaliyyət üzrə gəlirlərdən 1003,0 min manat (35,9%) çox olub.

OXŞAR XƏBƏRLƏR

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...