\"Hərəkətimdə anormallıq görmürəm\" - Tələbəsinin ətəyini qaldırıb şillə vuran professor

\
Tələbəsinin ətəyini qaldırıb yanına şillə vurduğuna görə tənqid edilən, Türkiyənin tanınmış geoloq-alimi Cəlal Şəngördən ilk açıqlama gəlib.
 
Sfera.az bildirir ki, alim bu barədə "Neler oluyor hayatta” adlı verilişə danışıb.  Proqramın aparıcısı Hakan Ural Şengörün fikirlərini izləyicilərlə bölüşüb.

"Mən bunun təcavüz olduğunu düşünmürəm. Əsla hərəkətimdə anormallıq görmürəm. Mənə verilən reaksiyaların çoxu şişirdilib”, - deyə geoloq qeyd edib. 
Digər tərəfdən bir qrup tələbə İstanbul Texniki Universitetinin professorunu boykot ediblər. Mədənçilik fakültəsinin qarşısında keçirilən toplantıda tələbələr alimin açıq və şəffaf sorğulanmasını istəyiblər. "Universitetdə təcavüz və şiddətə haqq qazandırılmasına dözə bilmərik”, - deyə onlar əlavə ediblər.

Xatırladaq ki, Şəngör ötən gün canlı yayımların birində onu əsəbiləşdirən tələbəsinin ətəyini qaldırıb yanına şillə vurduğunu deyib. "O qədər əsəbləşdirdi ki, Saniyənin ətəyini qaldırıb, yanına bir şillə vurdum. Qız dəhşətə düşdü”, – deyə alim qeyd edib. Onun çıxışı qısa zaman ərzində sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR