Hərbi texnikalar və hərbçilər görünməz olacaq

Hərbi texnikalar və hərbçilər görünməz olacaq
Rusiya fona uyğun olaraq rəngini dəyişən örtük hazırlayır

Rusiyada hərbi texnika artıq avtomatik olaraq öz rəngini dəyişə biləcək."Rostex"in nəzdnindəki "Roselektronika" hərbi texnika üçün rəngini və şəkilini dəyişən intelektual parçadan örtüklərin hazırlanması üzərində də işə başlayıb. Texnologiya Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanıb. 

Elektron idarəetməli  örtük ətraf mühitdən asılı olaraq rəngini dəyişə, çətin qrafik təsvirləri immitasiya edə bilər.

Bu zirehli texnika və ya döyüşçülərə optik diapazonda düşmən üçün görünməz qalmağa, fondan seçilməməyə kömək edəcək. 

Xatırladaq ki, xamelion materialın prototipi ilk dəfə ötən il keçirilən "Ordu-2018" forumunda təqdim edilib. Dövlət qurumundan verilən məlumata görə, örtükdən istifadə çox enerji tələb etmir. 1,5 saniyədə bir kvadrat metr materialda rəngin dəyişməsi üçün 4-10 VT tələb edilir.

OXŞAR XƏBƏRLƏR