Hərbi ekspert: \"Azərbaycan Ordusunu yeri gəldi-gəlmədi ittiham etmək yolverilməzdir\"

Hərbi ekspert: \
"Çox təəssüf edirəm ki, sosial media üzərindən yenə güc strukturlarına, ələlxüsus da Müdafiə Nazirliyinə (MN) qarşı yeni bir kampaniya xarakterli yazılar dərc olunur".
Sfera.az xəbər verir ki, bunu son günlər ölkə daxilində və xaricdə bir qrup şəxsin Azərbaycan Ordusuna qarşı apardıqları qarayaxma kampaniyasına münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O hesab edir ki, orduya qarşı düşmənçilik mövqeyi tutmaq, xırda problemləri qabardaraq böyük uğurlardan danışmamaq yolverilməzdir: "Mən Müdafiə Nazirliyinin vəkili deyiləm və onların kifayət qədər gücləri də var özlərini müdafiə etməyə və ya deyilənlərə, yazılanlara cavab verməyə, amma hesab edirəm ki, bütövlükdə Azərbaycan Ordusunun nüfuzunu qorumaq və onun gördüyü işlərə dəstək olmaq üçün biz pozitiv, müsbət fikirlər yazmalı, tənqidlər, təhlillər etməli, açıqlanması mümkün olan məsələləri ictimailəşdirməliyik. Yerdə qalan məsələlərə müvafiq hüquq-mühafizə orqanları vaxtında, hərtərəfli araşdırma apardıqdan sonra mütləq münasibət açıqlamalıdırlar. Bundan qətiyyən çəkinmək lazım deyil və onu da bilmək yaxşı olar ki, dünyanın istənilən ölkəsinin - Amerikasından tutmuş, Çin Xalq Respublikasında, qardaş Türkiyə Silahlı Qüvvələrində, şimal qonşumuz Rusiyada, cənub qonşumuz İran ordusunda da çoxsaylı problem və nöqsanlar olub, var və yəqin ki, canlı orqanizm kimi, bundan sonrakı fəaliyyətlərində çatışmazlıqlar olacaq". 

Hərbi ekspert vurğulayıb ki, 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri tarixində xeyli yaddaqalan işlər görülüb: "İstər ən böyük güc strukturu sayılan Müdafiə Nazirliyinin, eləcə də Dövlət Sərhəd Xidmətinin (DSX) düşmənlə üzbəüz dayanan hissə və birləşmələrində yeni infrastrukturlar yaradıldı, gözəl qarnizonlar və zabit və gizirlərin, onların ailə üzvlərinin gündəlik həyat və fəaliyyəti üçün tələb olunan bütün infrastrktur istifadəyə verildi. Bunu adı çəkilən hərbi hissə və birləşmələrin ön xəttdə, həmçinin arxada olan obyektlərində çoxsaylı media və ictimaiyyət nümayəndələri, Qarabağ savaşının aktiv iştirakçısı olmuş dostlarla birgə səfərlərimiz zamanı şəxsən müşahidə edən adam kimi deyirəm. Ədalətli olmaq lazımdır ki, son illər, xüsusən də 2019-cu ildə bu sahədə işlər xeyli sürətlənib və çoxalıb. Bu proses bu il də daha da geniş şəkildə həyata keçiriləcək. Təkcə Müdafiə Nazirliyi və DSX xətti ilə onlarla ideal şəraiti olan hərbi şəhərcik və qarnizonlar istifadəyə verilib.1000-dən artıq zabit və gizir heyəti daimi və xidməti mənzillərlə təmin olunublar". 

Onun sözlərinə görə, bu proses bu il də daha çox hərbçiləri əhatə edəcək: "Bütün bunlar yuxarı komandalıqda təmsil olunan şəxslərin diqqəti və qayğısı sayəsində mümkün olub. Mən digər incə məqamlara toxunmadan demək istəyirəm ki, işlər görülüb və görülür. Yeni silah-sursat alınıb. Özü də faiz nisbətini götürəndə ötən il bir sıra inkişaf etmiş ölkələrdən daha yeni, daha modern silah-sursat, hərbi texnika və avadanlıqlar əldə olunub. Yaxın günlərdə ötən ilin statistikası dərc ediləndə özünüz də görəcəksiniz ki, Azərbaycan Silahlı Qüvvələri bir qədər güclənib və inkişaf edib. Ordu əmrə tabe qurumdur. Bunu xüsusi olaraq vurğulayıram ki, bəzi dostlar ya bilərəkdən, ya da məlumatsızlıqdan Silahlı Qüvvələri Qarabağ və digər məsələlərdə yeri gəldi-gəlmədi ittiham edir və suçlu sayırlar. Bu əsla yolverilməzdir. Bir daha təkrar edirəm ki, bu ordu kimlərinsə deyil, Azərbaycan Dövlətinin və Xalqının arxalandığı, güvəndiyi müqəddəs bir xidmət yeridir". (qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...