Hərbçilərimiz Qazaxıstana getdi

Hərbçilərimiz Qazaxıstana getdi

Azərbaycan hərbçiləri Qazaxıstana gedib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, "Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək "Snayper həddi” və "Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Qazaxıstana yola düşüb.

Qeyd edək ki, bu müsabiqələr avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR