Hər şey müharibəyə doğru: 7 ölkə Türkiyəyə QARŞI BİRLƏŞDİ

Hər şey müharibəyə doğru: 7 ölkə Türkiyəyə QARŞI BİRLƏŞDİ
Şərqi Aralıq dənizi bölgəsində təbii qazı hasilatı, istehsalı və tranziti üzrə ölkələr qrupunu birləşdirən yeni birlik qurulur.

 Şərqi Aralıq dənizi Qaz Forumu adlı birlik Qahirədə işinə başlayacaq.

Misir Neft və Mədənçilik Nazirliyinin verdiyi açıqlamaya görə, foruma 7 ölkə daxil olacaq. Buraya Cənubi Kipr, Yunanıstan, İsrail, İtaliya, İordaniya, Fələstin və Misir daxildir. Bu ölkələrin energetika nazirləri bölgədəki təbii qaz potensialının faydalı şəkildə istifadə edilməsi, texniki və iqtisadi sahələrdə əməkdaşlığın təməlini qoymaq üçün birgə işləyəcəklər. Forumun əsas hədəflərindən biri istehsal və tələbatı ilə üzvlərin maraqlarına xidmət edəcək regional qaz bazarının qurulmasıdır.

Forumun quruluşu ilə bağlı digər bir görüş aprel ayında baş tutacaq. Forumun maraqları və hədəfləri ilə razılaşan istehsalçı, istehlakçı və ya keçid ölkələrindən hər hansı biri bu foruma sonradan üzv ola biləcək.

Qeyd edək ki, Şərqi Aralıq dənizində təbii qaz bölgələrinin bölüşdürülməsi məsələsində adıçəkilən ölkələrin bəziləri ilə Türkiyə arasında ciddi qarşıdurma var. Türkiyə Şərqi Aralı dənizində, xüsusilə Kipr arası ətrafında birtərəfli aparılan kəşfiyyat-axtarış işlərinə qarşı çıxır. Ekspertlər ziddiyyətlərin hətta hərbi qarşıdurma ilə nəticələnə biləcəyini proqnozlaşdırırlar. Bu ölkələrdən Misir, Yunanıstan, İsrail və Cənubi Kipr arasında hərbi əməkdaşlığın genişlənməsi də proqnozların reallaşa biləcəyi ehtimalını artırır.Publika

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...