Texnologİya

Hər kəs BU TARİXİ gözləyir... - İnternet problemi HƏLL OLACAQ

Hər kəs BU TARİXİ gözləyir... - İnternet problemi HƏLL OLACAQ
Kosmik nəqliyyat şirkəti "SpaceX”in yaradıcılarından olan İlon Mask olduqca maraqlı təşəbbüs irəli sürüb.
Redaktor.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, o, 2027-ci ilə qədər bütün dünyanı "Starlink” peykləri ilə əhatə etməyi planlaşdırır. Layihənin məqsədi dünyanı, o cümlədən, internet olmayan və xidmətin bahalı olduğu əraziləri yüksək sürətli internetlə təmin etməkdir.
Bu məqsədlə yaxın 1 həftə ərzində kosmosa 60 aparatın göndərilməsi planlaşdırılır. Əslində cihazlar ötən həftə buraxılmalı idi, lakin texniki məsələlərə görə təxirə salındı. Ümumiyyətlə 2027-ci ilə qədər kosmosa 12 minin peykin göndərilməsi planlaşdırılır.
Bunun üçün "Falcon 9” roketindən istifadə olunacaq. Ən gec 2 il ərzində dünyanı əhatə edən internet şəbəkəsi qurulacaq. Kosmosa 400 peyk göndəriləndən sonra internet xidməti istifadəyə veriləcək.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930