\"Hər gecə Mehriban xanımın otağında yatırdıq\" - \"Maşın Şou\"da YENİ QALMAQAL

\
 

Ötən gün "Maşın şou"nun "Xanımlar və cənablar" buraxlışının növbəti yayımı baş tutub.

Milli.Az xəbər verir ki, dünənki yayım zamanı əsas söhbətlər şounun aktrisa iştirakçısı Mehriban Xanlarovanın otağına tez-tez gedən məşhurların ətrafında cərəyan edib. 

Belə ki, müğənni Xatunun "Mehriban xanıma ilk gündəki münasibətlə indiki münasibət dəyişib. Təzə-təzə biri gedib onun yatırdı. Elşad özü də gəlirdi. Biri Mehriban xanıma "Velikiy Maqdu" deyirdi. İştirakçılar azaldıqca, dəyişirlər. İndi iki gündür dalbadal düşmüsünüz o insanın üstünə. Bu, nə qədər düzgündür?" ifadələri gənc aktyor İlkin Misgərlinin etrazına səbəb olub.

"Bozbaş"ın sevilən üzvü Xatunun sözlərinə cavab verib:

 

"13 gündür ki, biz buradayıq. 13 gündə Mehriban xanım bir gündən bir hədəfdir. Mən artıq iki səsvermədə Mehriban xanıma tərəf olmuşam. Bu gün istəyirəm neytral olam. Çünki iştirakçılar azaldıqca artıq tərəf saxlamaq olmur. Bir də Xatuna demək istəyirəm ki, "Deyir ki, hər gecə Mehriban xanımın otağında yatırdıq". Mən də gedirdim. Amma Xatun bilsin ki, mən 12 gündür tək yatıram".

Aktyorun bu ifadələri studiyada əyləşənlərin gülüşü ilə qarşılanıb.


OXŞAR XƏBƏRLƏR