Hər bir sürücünün mühərrik yağını yoxlama zamanı etdiyi SƏHVLƏR

Hər bir sürücünün mühərrik yağını yoxlama zamanı etdiyi SƏHVLƏR
Adi mühərrik yağını yoxlayan zaman mühərrikə ziyan vurmaq olar.

"Ölkə.az” xəbər verir ki, bu hərəkəti edən zaman buraxdığımız kobud səhvlər mühərrikə ciddi ziyan vurur. Bu gün oxuculara bu barədə məlumat verəcəyik.

Düzgün olmayan yer seçimi

Əgər siz həqiqətən də mühərrikdəki yağın vəziyyətini yoxlamaq istəyirsinizsə, bu iş üçün uyğun yer seçin. Bunun üçün hamar yerdə maşını saxlayın. Dikdə və çuxur olan yerdə saxlamayın. Maşın düz dayanmalıdır, əks halda nəticə düzgün sayılmayacaq.

Soyuq mühərrik

 

Bir çox hallarda bəzi sürücülər mühərrikdəki yağı səhər, soyuq mühərrikdə yoxlayırlar. Bu isə kobud səhvdir. Əslində maşının mühərriki "qızmalıdır” və bundan sonra mühərriki yoxlamaq olar. Təbii ki, istisna hallar da var. Əgər yağı yoxlayan şupda xüsusi "hot” (isti) və "cold” (soyuq) göstəriciləri varsa, soyuq mühərrikdə yoxlamaq problem olmaz.

Gözləmək

Digər geniş yayılan səhvlərdən biri də mühərriki söndürən kimi yağı yoxlamaqdır. Bu da kobud səhvdir. Bu prosedurda mühərriki söndürəndən sonra 10-15 dəiqəq yoxlamaq lazımdır. Çünki yağ karterə axıb qurtarmalıdır. Bu zaman real nəticə əldə etmək olar.

Birinci dəfədən

Şupu birinci dəfə çıxardıqdan sonra onu əski və ya salfetlə silərək yenidən mühərrikə salmaq lazımdır. Bir neçə saniyə gözlədikdən sonra şupu yenidən çıxarıb baxmaq lazımdır.

Hara baxmaq lazımdır?

Bir çox sürücü elə bilir ki, maksimum nöqtəsinə baxmaqla işi bitmiş hesab etmək olar. Əslində isə ideal göstərici minimumla maksimum göstəriciləri arasında olan səviyyədir.


OXŞAR XƏBƏRLƏR

ABŞ-də ekoloji cəhətdən təmiz sement hazırlandı

Amerikanın “Fortera” startapı aşağı karbon qazı emissiya edən sement istehsalı texnologiyasını hazırlayıb. Sfera.az xəbər verir ki, bu haqda mə...

Aprel çağırışı davam edir - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiy...

Dövlət başçısı: "Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb"

Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin ...

Putinə Rusiya Prezidentinin vəsiqəsi təqdim edildi - FOTO

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ilə görüşüb.   Sfera.az xəbər verir ki, MSK sədri bu il martında k...

Kapital Bank 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2024-cü il tarixinə 8.8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.4 milyard...

Növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri AÇIQLANDI

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb.   Sfera.az xəbər verir ki, Hacıqabul rayonunda yenid...