İtkin düşmüş hər 3 alpinistin meyiti tapıldı

İtkin düşmüş hər 3 alpinistin meyiti tapıldı
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı yayılıb.

FHN-dən Sfera.az-a verlinən məlumatına görə, 27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində bu gün axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilmiş, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
 

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.
 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...