Hepatitlə bağlı dəhşətli proqnoz: 2030-cu ilə qədər...

Hepatitlə bağlı dəhşətli proqnoz: 2030-cu ilə qədər...
 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit ilə bağlı hesabatını açıqlayıb.

Bu barədə təşkilatın araşdırmalar şöbəsinin müdiri Mark Baltreys bildirib ki, dünyada 325 milyondan çoxinsan Hepatit B və C virusuna yoluxub.

 

Belə ki, 257 milyondan çox insan hepatit B, 71 milyon xroniki Hepatit C infeksiyası ilə yaşayır. Ümumən 430 milyon insan lazımi müalicə almasa xəstəlikdən öləcək.

 

Mark Baltreys onu da vurğulayıb ki, xəstəliyə qarşı mübarizəyə ildə 6 milyard dollar sərmayə qoyulmasa, 2030-cu ilə qədər 4.5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər. /Report


OXŞAR XƏBƏRLƏR