Həmsədrlər Ermənistanı silahlandırır: Sərkisyanın sərhədə səfəri yeni silahları... - ŞƏRH

Həmsədrlər Ermənistanı silahlandırır: Sərkisyanın sərhədə səfəri yeni silahları... - ŞƏRH
"Ermənistan prezidenti dəfələrlə çalışır ki, münaqişənin tənzimlənməsi ilə bağlı prezidentlər səviyyəsində görüş baş tutmasın. Və müxtəlif təxribatlara əl atırlar ki, məhz sözügedən nəticəni əldə edə bilsinlər"

Bu sözləri Sfera.az-a Ermənistan Prezidenti Serj Sərkisyanın Ermənistan-Azərbaycan sərhədində yerləşən bölgələrə səfərini şərh edən millət vəkili Elman Nəsirov deyib.
 
 
Millət vəkilinin sözlərinə görə, beynəlxalq təzyiqlər altında prezidentlər səviyyəsində görüş labüdləşəndə erməni tərəfi bir çox hərbi təxribatlar törədir:
"Məqsəd də odur ki, danışıqlar baş tutmasın. Yox, əgər reallaşarsa, münaqişənin həlli ilə bağlı fundomental məsələlər deyil, digər kiçik məsələlər müzakirə olunsun. Əsas da atəşkəsin qorunub saxlanması prioritet məsələyə çevrilsin. Bu da onların ənənəvi taktikasıdır. Həmsədrlərin yenidən regiona səfərləri fonunda ermənilərin bu tip ideaları aktuallaşır. Çünki prezidentlərin görüşü məsələsi daha çox səsləndirilir. Bu reallıqda da Ermənistan prezidenti Ermənistan-Azərbaycan sərhədinə səfər edib orada müəyyən tapşırıqlar verir. Onlar bu addımları ilə atmosferi daha da qızışdırıb, danışıqların vaxtını uzatmaq istəyirlər. Belə olan halda ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələyə sərt reaksiya göstərməli və konkret mövqe ortalığa qoymalıdırlar. Çünki Ermənistanın münaqişənin həlli ilə bağlı heç bir konstruktiv mövqeyi yoxdur. Və status-kvonu qoruyub saxlamaqdan ibarətdir". 
 
 

Politoloq Fikrət Sadıqov qeyd edib ki, bu, Ermənistanın növbəti təxribatlarından biridir:
"Ermənistan tərəfi torpaqları qaytarmaq əvəzinə, işğal olunmuş ərazilərə gedib inspeksiya edir və faktiki olaraq təxribatlar törədirlər. Bu da onun nəticəsidir ki, həmsədrlər və digər aparıcı oyunçular seyrçi mövqedə dayanır, ermənilərin başını sığallayır və burunlarının qanamasına imkan vermirlər. Görünür, ermənilərin özlərini belə aparması müəyyən xarici qüvvələri qane edir deyə onlara şərait yaradırlar. Biz torpaqlarımızı özümüz də azad edə bilərik, ancaq imkan versələr. Lakin erməniləri cavabsız qoymamışıq, qoymayacağıq da. Onlara artıq sübut etmişik ki, torpaqlar bizimdir və heç kəsə verməyəcəyik. Bundan başqa, həmsədrlər və Rusiya Ermənistanı silahlandırır. Ermənistan prezidentinin səfəri də yeni silahları yerləşdirməkdən ibarət ola bilər". 

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Ermənistan-Azərbaycan sərhədində yerləşən Tavuş vilayətinin Noyamberyan, Berd və İcevan rayonlarında olub. Ermənistan prezidentini Müdafiə naziri Vigen Sərkisyan müşayiət edib.

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...