Həm müdafiə naziri, həm də düşmənin polkovniki ilə münasibətdə olan modelin yarıçılpaq FOTOları yayıldı

Həm müdafiə naziri, həm də düşmənin polkovniki ilə münasibətdə olan modelin yarıçılpaq FOTOları yayıldı

Britaniyanın məşhur modeli Kristina Marqaret Kilerin (Christine Margaret Keeler) yarıçılpaq fotoları hərraca çıxarılıb.

Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, ötən əsrin 60-cı illərində çəkilən ağ-qara fotolar 6000 funt-sterlinqə satılıb. Aktrisanın cavanlıqda çəkdirdiyi şəkillər 57 il sonra, "The Trial of Christine Keeler" mini-serialına görə yenidən dəyər qazanıb.

Hərraca çıxarılan foto 1966-cı ildə çəkilib.

Qeyd edək ki, 1942-ci ilin 22 fevralında dünyaya gələn Kristina Britaniya tarixində mənfi yöndə iz qoyan modellərdən biridir. Onun adı siyasət tarixinə "Profume olayı" kimi düşüb. Model İngiltərəni sarsıdan ən böyük seks skandalının əsas səbəbkarıdır.

 

Belə ki, o, İngiltərənin müdafiə naziri Con Profume ilə münasibətdəykən Londondakı Sovet ataşşesinin polkovniki Eugene İvanov ilə də yatıb. Olayın üstü açıldıqdan sonra casusluqda ittiham olunan Kristina "Və nəhayət reallıq...mənim hekayəm" kitabını yazıb. O, kitabında qeyd edib ki, casusluq etməyib, amma onu rus polkovniklə görüşdürən şəxs casus olub.

1963-cü ildə "icarəyə götürülmüş qız" olaraq adı tarixə düşən Kristina Kiler yalan ifadə verdiyinə görə 9 ay müddətinə azadlıqdan məhrum edilib. Müdafiə naziri isə 19 yaşlı modelin rus polkovniklə yatdığını öyrəndikdən sonra nüfuzunu itirdiyi üçün istefa verib.

Kristina 2017-ci ilin dekabr ayında dünyasını dəyişib.(milli.az)


OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...