Həll prosesində keyfiyyət dəyişikliyini gözləyirik – DEPUTATDAN AÇIQLAMA

Həll prosesində keyfiyyət dəyişikliyini gözləyirik – DEPUTATDAN AÇIQLAMA
 

"Münaqişənin həllilə bağlı prosesdə nikbinlik üçün müəyyən əsaslar var”


Sfera.az-aaçıqlamasında bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun münaqişənin tez bir zamanda həlli üçün ciddi işlər görüləcəyi və bununla da danışıqların imitasiyasına yox, real danışıqlar prosesinə start veriləcəyilə bağlı Rusiya mətbuatında gedən yazısına münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:

 

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsiprosesində kəmiyyət deyil, keyfiyyət dəyişikliyini gözləyirik. Xüsusilə də ali dövlət rəhbərləri səviyyəsində, həm də iki ölkənin xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar müəyyən nikbinlik yaradır ki, hər halda Ermənistanın yeni rəhbərliyi danışıqların alternativinin artıq müharibə olduğunun fərqindədir. İnqilabdan çıxmış zəif Ermənistanın, regionun lider dövləti, dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycanla hərbi əməliyyatlara başlaması reallığı onun üçün faciəli sonluğu təmin edəcək. Bu səbəbdən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun verdiyi müsahibə onu göstərir ki, nikbinliyə müəyyən əsaslar var. Xüsusən də Paşinyan özünün reytinqinin daha da aşağı düşməsinin fərqindədir. Ermənistanda eyforiya dövrü başa çatıb və xalq hakimiyyətdən problemlərin həlli üçün konkret, əməli addımlar gözləyir. Onlar xüsusən də sosial rifah sahəsində dəyişikliklər gözləyir. Amma bu dəyişikliklər baş vermir. Xüsusən də Paşinyanın anonsunu etdiyi iqtisadi inqilab elə anons olaraq da qalmaqdadır. Heç bir real nəticə yoxdur, ola da bilməz. Çünki fundamental səbəb aradan qalxmayıb. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır heç bir halda Ermənistanın iqtisadi inkişafı, sosial rifahından söhbət gedə bilməz”.


Həmsöhbətimiz qeyd etdi ki, bu fonda Paşinyan konfliktin həllilə bağlı konkret addımlar atmalı olduğunu nəhayət dərk etməlidirdır:

"Bu nöqteyi-nəzərdən ümid bəsləyirik ki, qarşıdakı dövrdə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşləri, ondan öncə də xarici işlər nazirlərinin görüşləri zamanı münaqişənin həllilə bağlı rəsmi İrəvandan müəyyən pozitiv addımlar gözləmək mümkündür. Nəzəri baxımdan bu mümkündür. Çünki onun əksi olacağı təqdirdə Ermənistanda vəziyyət daha da kəskinləşəcək. Hazırda belə Paşinyana olan etimad mühiti tükənir. Bu etimad artıq kifayət qədər azalıb. Belə olan təqdirdə, revanşist qüvvələr, hakimiyyətdən uzaqlaşdırılan Respublikaçılar Partiyası, onun liderləri Köçəryan və Sarkisyan həlledici həmləyə keçə bilərlər. Bütün bu reallığı hesabladıqda, müəyyən mənada perspektivdə gözlənilən danışıqlar prosesində İrəvan tərəfdən bəzi pozitiv addımların atılması ehtimalı mümkün sayıla bilər”.

Elçin


OXŞAR XƏBƏRLƏR