Helikopterin pəri amerikalının başını kəsdi
16:53 / 11.01.2019
2058
ABŞ-ın Florida ştatında helikopter pəri bir kişinin başını kəsib.
Bu haqda WFLA telekanalı yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
İnsident cümə axşamı Ernando dairəsində qeydə alınıb. Məlumata əsasən, o, helikopterə texniki qulluq zamanı helikopterin vintinin pərləri arasında qalıb və hadisə yerində keçinib.
İnsidentin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faciəvi şəkildə həyatını itirən şəxsin 62 yaşlı Salvatore Disi olduğu açıqlanıb.
oxu.az