Helikopterdəki pilotlarımızın qərarı erməniləri şoka saldı - VİDEO

Helikopterdəki pilotlarımızın qərarı erməniləri şoka saldı - VİDEO
Qeyd edək ki, bu dəfə verilişin formatına dəyişiklik edilib. Belə ki, proqramın aparıcısı Mirşahin Ağayev olub və o, cəbhədəki döyüşlərlə bağlı suallarını Vahid Mustafayevə ünvanlayıb.

Sfera.az anspress-ə istinadən bildirir ki, Vahid Mustafayev müsahibəsində Azərbaycanın qabaqlayıcı zərbələr enlirmək hüququna toxunub.

Döyüşlərin necə və nə vaxt başladığı barədə təffərrüatı ilə danışan Mustafayev helikopterdə şəhid olan hərbçilərin əsl qəhrəmanlıq göstərdiklərini bildirib.

Hərbi repartyor deyib ki, Ordumuzla birlikdə Azərbaycanın istənilən bölgəsində yaşayan mülki vətəndaşlar da sağlam iradə nümayiş etdirərək Silahlı Qüvvələrimizə və dövlətimizə dəstək nümayiş etdirdi.

"Yadımdadı, qabaqlar belə zərbələr nəticəsində dağıdılan mülki obyektləri, əsasən də ölən və yaralı vətəndaşları görən onların yaxınları və qalan əhali narazılıq edirdi və nəticədə Azərbaycan ordusu məqsədinə çatmadan döyüşü dayandırırdı. Bu dəfə artıq belə olmadı. Bir tərəfdən artilleriya zərbələri və onların nəticəsində dağıntılara və ölüm hallarına əhalinin münasibəti fərqli oldu - hamı bir nəfər kimi öz dövlətinin gücünə inanaraq əksinə qisas almaq tələbini irəli sürürdü, ordu isə Tərtər əvəzinə - Mardakert (Ağdərə), Horadiz əvəzinə isə Hadrut və Stepanakert (Xankəndi) yaşayış məntəqələrinə artilleriya atəşi ilə xəbərdarlığını çatdırdı. Həmin an erməni tərəfi Azərbaycan şəhər və kəndlərinə artilleriya zərbələrini dayandırdı. Ümummilli qüvvələrimizi səfərbər edib Baş Komandan İlham Əliyevin əmrini alan kimi uşaqlı-böyüklü, qadınlı-kişili ayağa qalxıb işğal olunmuş torpaqları geri almaq əzmini ortaya qoydu", - Mustafayev bildirib.

Cəbhədə ermənilər tərəfindən təxribatın əvvəlcədən planlaşdırıldığını deyən hərbi reportyor bildirib ki, Əslində erməni hərbi birləşmələrinin genişmiqyaslı əməliyyatı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da Nüvə Sammitində olanda baş tutmalı idi.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...