Helikopter qəzasından sağ çıxmış polkovnik-leytenantın durumu necədir?

Helikopter qəzasından sağ çıxmış polkovnik-leytenantın durumu necədir?
Xəbər verdiyimiz kimi, bugün Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, ikisi yaralanıb.

Sfera.az xəbər verir ki, yaralılar hazırda Dövlət Sərhəd Xidməti Hospitalında müalicə alırlar.

Yaralılardan biri hərbi pilot, polkovnik-leytenant Emil Cəfərovun qohumlarının verdiyi məlumata görə, qəza nəticəsində onun sol qolu sınıb və digər xırda xəsarətləri var. 

Hazırda vəziyyəti stabildir.

OXŞAR XƏBƏRLƏR