Helikopter qəzasında həlak olan hərbçilərə ŞƏHİD statusu verildi

Helikopter qəzasında həlak olan hərbçilərə ŞƏHİD statusu verildi
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu verilib.

Sfera.az xəbər verir ki,  bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
 
"Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir. Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onlara da ödəniləcək.

Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq", - deyə nazir əlavə edib.

OXŞAR XƏBƏRLƏR