Helikopter havaya qalxdıqdan 20 dəqiqə sonra qəza baş verib
21:18 / 30.11.2021
1781
"Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq, "Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib".
Sfera.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar bu gün təşkil olunan brifinqdə məlumat verib.
"Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb", - E.Quliyev bildirib.