Həkimin yaşlı xəstəni vurması iddiasına cavab: “Görünür, kimsə onu öyrədib”

Həkimin yaşlı xəstəni vurması iddiasına cavab: “Görünür,  kimsə onu öyrədib”

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. 

Sfera.az xəbər verir ki, mərkəzin bununla bağlı yaydığı açıqlamada deyilir: 

"Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb. O da məcbur olub əməliyyat zamanı xəstənin çənəsindən tutub ki, prosesin gedişatı pozulmasın. Linza qoyan zaman xəstə başını tərpədəndə düz yerinə oturmur və bu, fəsadlar yarada bilər. Xəstə əməliyyatdan çıxanda hər kəsdən razılıq edərək gedib. Görünür, sonradan xəstəni kimsə öyrədib. Həkim necə xəstəni vura bilər? Hələ söyüş söymək, ümumiyyətlə, inandırıcı deyil. Qeyd edək ki, bu həkim 2005-ci ildən bu günə qədər üç min pulsuz əməliyyat keçirib. Mərkəzin ən yaxşı həkimlərindən biridir”. ( report)


OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...