Həkim \"Delta\" ştammına yoluxmuş 31 nəfərlə bağlı rəsmi açıqlama tələb etdi: \"İnsanları qorxutmayın...\"
15:15 / 15.07.2021
1737
Daha bir həkim "Delta” ştammı ilə bağlı hansısa
narahatlığa əsas olmadığını deyib.
Sfera.az bildirir ki, Azərbaycan Həkimləri İctimai
Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev panika yaratmağın yanlış
olduğunu bildirib:
"Azərbaycanda 31 nəfərdə "Delta” ştammı aşkar
edilib. Belə rəsmi informasiya olar? İnsanları niyə qorxudursunuz? Gəlin məntiqlə,
elmlə yanaşaq. Bu 31 nəfərin vəziyyətini, xəstəliyi necə keçirmələrini öyrənmək
lazımdır. Bəlkə heç şikayətləri yoxdur və ya yüngül keçirirlər. Nə panikadır bu
belə?”.
Mütəxəssis qeyd edib ki, sözügedən 31 nəfərlə
bağlı məlumat verilməlidir: "Onlardan xəstəliyi ağır keçirən, reanimasiyaya
düşən varmı? Və ya neçəsi peyvənd edilib, ya bəlkə peyvənd edilməyənlərdir? Əgər
31 nəfər içərisində ağırlşanlar çoxdursa, o zaman ehtiyatımızı görək. Yoxsa,
normal həyata davam etmək lazımdır”.