\"Hədələməklə heç nə edə bilməyəcəksiz\"

\

 

 

"Bəzi xarici dairələr Azərbaycanda keçirilən islahatlara qarşı ədalətsiz şəkildə qarayaxma kampaniyası aparır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara təzyiq göstərməyə çalşırlar”. Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.


S.Novruzov bildirib ki, həmin dairələr idmanı siyasətə qatırlar: "Necə olur, Azərbaycanda Böyük Britaniya şirkətləri fəaliyyət göstərəndə, burda neft çıxaranda Azərbaycan təhlükəli olmur, iki futbol komandası gələndə təhlükəli olur? Sapı özümüzdən olan baltaların hərəsinə erməni lobbisi tərəfindən 5 manat verilib, Azərbaycanın həyata keçirdiyi işlərə, iqtisadi islahatlara kölgə salmağa çalışırlar”.

O qeyd edib ki, post-sovet məkanında Avropa İttifaqı ilə Azərbaycan qədər əməkdaşlıq edən ikinci bir ölkə yoxdur: "Bu qədər görülən işləri qoyurlar bir kənara, başlayırlar qarayaxma kampaniyası aparmağa. Xaricdə olan bəzi azərbaycanlılar ermənilərlə eyni vaxtda fəaliyyətə başlayırlar. Düyməni eyni yerdən sıxırlar. Bütün Azərbaycan cəmiyyəti Prezdentin siyasətini dəstəkləyir. Biz ölkəmizə qarşı çirkin kampaniya aparan həmin şəxslərə də, siyasətçilərə də cavab verməliyik. Siz bizi hədələməklə öz maraqlarınızı həyata keçirə bilməyəcəksiniz”.




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...