\"Heç nəyim yox idi, yataqxanada yaşayırdıq\" - Ədalət Şükürov

\
"Biz evlənəndə həyat yoldaşım sadə Ədalətə ərə gəldi. Bir otaqlı evim vardı. Həyat yoldaşım uzun illər bankda işləyirdi, ali savadlı xanım idi. Sonra Sank-Peterburqa köçdük, məni rejissor işləməyə göndərmişdilər, yataqxanada yaşayırdıq”.

Ailem.az-ın məlumatına görə, bunu Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar” proqramında əməkdar artist Ədalət Şükürov deyib.

Ailə qurmağından danışan müğənni çətin günlər keçirdiklərini etiraf edib. Lakin o, həyat yoldaşının hər zaman ona dəstək olduğunu deyib:

"Biz evlənəndə mənim heç nəyim yox idi. Heç həyat yoldaşım bilmirdi ki, mən müğənni olub populyarlaşacam. Sadəcə bir məsələ var, əgər görürsənsə, həyat yoldaşın çayı soyuq içə bilmir, vermə, nəsə xoşuma gəlmir, bunu etmə. Həyat yoldaşım məni
qısqanırsa, mən də ona heç vaxt qısqanmağa səbəb vermərəm. Deyəndə ki, qızı varlı oğlana ver, bu, mənə çatmır. Müdrik xanım odur ki, susur, başa düşür və ailəsi üçün hər şey edir. Olar ki, kişi ömür boyu işləyir, pul qazanıb evə gətirir, arvad biş-düş edib övladlarını böyüdür. Ya da kişi evdə oturur, xanım gedib pul qazanır. Biz müğənnilərin bir çoxunun arvadı işləyir. Hər kişinin işi ola bilməz. Əgər sənin xanımın işləyirsə, ona dəstək olmalısan, çantasını daşımalısan, maşını sürməlisən. Bu, ailəni bərkidir və büdcə evdə qalır”.

Ə. Şükürov sənət adamlarının boşanmalarından da bəhs edib. Bir çox ailədə ayrılmaların olduğunu xatırladan müğənni bildirib ki, sadəcə olaraq müğənnilər göz önündə olduğu üçün onların həyatı hər kəsə maraqlıdır:

"Bir çox sənət dostlarımın yaxşı ailəsi var. Bu, normaldır. Sadəcə digər insanlardan fərqimiz ondadır ki, bizi tez-tez efirdə göstərirlər və biz maraqlıyıq. Həkimlər, müəllimlər və başqa sənət sahibləri bizim qədər efirə çıxmır. Hər bir insan xoşbəxt olmaq istəyir. Hər kəs istəyir ki, bir dəfə evlənsin və bir ailəsi olsun. Qadın və kişi fərqlidir - həm fizioloji baxımdan, həm də düşüncə və fikirlərdə. Bəziləri deyir ki, həyat yoldaşımla bir-birimizi çox yaxşı başa düşürük, mən buna inanmıram. Ailədə gərək bir-birinə hörmət edəsən”.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...