Heç kimin 700 bal toplamaması Təhsil Nazirliyinin günahıdır – EKSPERTDƏN AÇIQLAMA

Heç kimin 700 bal toplamaması Təhsil Nazirliyinin günahıdır – EKSPERTDƏN AÇIQLAMA
 

"Belə vəziyyət ona görə yaranıb ki, ölkədə tətbiq olunan kurikulum özünü doğrultmur”


Sfera.az-a açıqlamasında bu sözləri cari ilin qəbul imtahanlarında heç bir abituriyentin maksimum 700 bal toplamamasına münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib. O, yaranmış acınacaqlı vəziyyətin səbəbini orta məktəblərdə və Təhsil Nazirliyinin (TN) fəaliyyətsizliyində axtarmağı lazım bilir:


"Bu ildən etibarən imtahanlar iki mərhələli keçirilir. Birinci mərhələ buraxılış imtahanlarından ibarətdir. Burada da maksimum 300 bal toplanmalıdır. İkinci mərhələ isə qəbul imtahanından ibarətdir. Onun da birinci mərhələsi mayın 12-19-da olub. İkinci mərhələ isə 23 iyun və 7 iyulda olacaq. Buraxılış imtahanında yalnız iki nəfər maksimum bal toplamışdı. Ancaq həmin iki nəfər qəbul imtahanında maksimum bal toplaya bilməyib. İkinci mərhələdə, yalnız bir nəfər 400 bal toplamışdı, ancaq o da ilk mərhələdə 265 bal yığmışdı. Bu o deməkdir ki cari ildə ölkədə 700 bal toplayan ümumiyyətlə olmayacaq. Bu da ona görədir ki, ölkədə tətbiq olunan kurikulum özünü doğrultmur. Bunu gözləyirdik, amma Təhsil Nazirliyi gözləmirdi.Riyaziyyat və azərbaycan dilindən imtahan verənlərin 70 faizi kurikulum standartları üzrə bərbad nəticələr göstərib. Əldə edilən nəticələr də məktəbin nəticələri deyil, repetitorların, hazırlıq kurslarının nəticəsidir. Uşaqların 35 mini azərbaycan dilindən "2” qiymət alıb".

  

Həmsöhbətimiz bildirdi ki, Təhsil Nazirliyi ancaq statistika ilə məşğuldur: "Orta məktəblərdə tədris hələ də ənənəvi formada keçirilir. Təhsildə nəzarətsizlik hökm sürür. Bu da müvafiq qurumun düzgün yolda olmadığını ortaya çıxarır. Deməli ölkənin 11 il ərzində tətbiq etdiyi kurikulum sistemi, dövlət büdcəsindən hər il 2 milyard manat ayırmağımız boş-boşuna xərclənub. Kurikulum sistemi əslində bacarıqların nümayişi üçün gözəl sistemdir. Amma görürük ki, orta məktəblər11 il ərzində ancaq hər ay sonu pullarını almaqla məşğuldur, əvəzində bunun müqabilində heç nə verməyiblər. Təhsil Nazirliyi ancaq statistika ilə məşğuldur. Guya bu statistika da onların uğurudur. Amma bu uğur onların uğuru deyil. Ancaq uğursuzluq nazirliyin fəaliyyətsizliyinin nəticəsidir”.


Keçirilən qəbul imtahanlarının nəticələri göstərir ki, bu ilin qəbul imtahanlarında maksimum nəticə göstərərək 700 bal toplayan olmayıb. Halbuki keçən ilin yaz imtahanlarında 10, yay imtahanında isə 19 nəfər maksimum bal toplamağa nail olmuşdu. Dövlət İmtahan Mərkəzi (DİM) isə bəyan edib ki, bu il maksimum 700 bal toplayan abituriyentlərin sayı az olacaq.

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...