Heç kim xalqın iradəsinə qarşı qalib gələ bilməz - PA rəsmisi

Heç kim xalqın iradəsinə qarşı qalib gələ bilməz - PA rəsmisi

 

"Azərbaycan xalqı ötən il Türkiyədə baş verən hadisələrin nə olduğunu çox yaxşı bilir. 1993-cü ildən sonra Azərbaycanda olan xain qüvvələr qanuni yolla seçilən hakimiyyəti devirməyə cəhd göstərdilər."

 

 

Sfera.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyədə 2016-ci ilin iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı "15 Temmuz Dastanı" adlı tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib.

"Heç kim xalqın iradəsinə qarşı qalib gələ bilməz. İnsanların həyatı ilə oynamaq, öz maraqları uğrunda mübarizə aparmaq cəhdləri uğursuzluğa düçardır. Digər tərəfdən, bu iradəni daşıyan hakimiyyət ölkədə qanunçuluğu, günahı olanların mütləq şəkildə cəzalandırılmasını və günahsız insanların cəzadan xilas olunmasını ehtiva edir", - Ə.Həsənov bildirib.

O əlavə edib ki, Tükiyə üçün öz canını verən 250-dən çox şəhidin və onların ailə üzvlərinin taleyi qarşısında o insanlar bu gün öz cəzalarını aldılar.


 

Sfera.az

OXŞAR XƏBƏRLƏR