Maqazİn

Heç bir fəxri adı olmayan məşhurlar - Ramiz Rövşən, Musa Yaqub ...

Heç bir fəxri adı olmayan məşhurlar - Ramiz Rövşən, Musa Yaqub ...
Bir qrup mədəniyyət və incəsənət adamlarına fəxri adlar verilməsi ilə bağlı sərəncamdan kənarda qalan məşhur müğənnilər Nadir Qafarzadə və Xatirə İslam buna etiraz ediblər.
 
Nadir Qafarzadə sosial şəbəkədəki hesabında vaxtaşırı olaraq dövlət tədbirlərinə getdiyini və bunun nəzərə alınmadığını, X.İslam isə "yəqin yaxın dostlarımız yoxdur” deyərək, fəxri ad alanların çoxunu tanımadığını iddia ediblər.
 
Məşhurların bu narazılığı fəxri ad almayan şəxslərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
 
Sfera.az "Azxeber.com"a istinadən xəbər verir ki, Azər Niftiyevin təqdimatında uzun illərdir səhnədə olub fəxri ad almayan incəsənət xadimləri ilə bağlı araşdırma aparıb.
 
Araşdırma nəticəsində məlum olub ki, Öz fitri istedadı ilə milyonların qəlbinə yol tapan, şerləri ilə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da rəğbət qazanan şair Ramiz Rövşənin heç bir fəxri adı yoxdur. O nə xalq artistidir, nə də əməkdar artist.
 
Hazırda səhhəti ilə bağlı ciddi narahatlıqlar keçirən şair Musa Yaqub heç bir fəxri adı olmayan şairlərdəndir. 50 ildən artıqdır ədəbiyyatda can qoyan şair 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
 
"Salam dar ağacı” şeri ilə böyük məşhurluq qazanan şair Rüstəm Behrudinin də fəxri titulu yoxdur. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair deyilənə görə, bizneslə məşğuldur.
 
Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində ölkəmizə birincilik gətirən müğənnilər Eldar Qasımov və Nigar Camal da fəxri ada layiq görülməyiblər. Bundan başqa "O səs Türkiyə" yarışmasının qalibi Elnur Hüseynovun da heç bir fəxri adı yoxdur. 
 
Fəxri adı olmayan digər məşhurlar:

Natavan Həbibi
İradə İbrahimova
Elnarə Xəlilova
Mənzurə Musayeva
Xatirə İslam
Tacir Şahmalıoğlu
Eldəniz Məmmədov
Əlikram Bayramov
Manaf Ağayev
Elariz Məmmədoğlu
Nadir Qafarzadə
Elnur Məmmədov
Elton Hüseynəliyev
İzzət Bağırov
Cabbar Musayev
Rahidə Baxışova
Aktyor Qorxmaz Əlili
Aktyor Azər Axşam
Aktyor Allahverdi Yolçuyev
Rejissor Fuad Əlişov
Bəstəkar Rauf Məmmədov

AdRiver
loading...

XƏBƏR LENTİ