Həbsxanaya girmək üçün oğurluq etdi - Səbəbi isə maraqlıdır

Həbsxanaya girmək üçün oğurluq etdi - Səbəbi isə maraqlıdır
ABŞ-da keçmiş məhbus azadlığa çıxdıqdan bir müddət sonra yenidən həbsxanaya üz tutub.
 
Sfera.az bildirir ki, Uilyam Gallager sərbəst buraxıldıqdan bir il sonra bankı qarət etməyə cəhd edib. Polisə verdiyi ifadəsində "yenidən həbsxanaya qayıtmaq istəyirəm” deyib.
 
Keçmiş məhbus Nyu Cersidəki "Chase Bank”ın şöbəsinə gedrək üzərində bomba olduğunu deyib və kassadakı pulları tələb edib. Hadisədən sonra ifadə verən kassirin sözlərinə görə soyğunçu digərlərinə bənzəmirdi:
 
"Məndən xahiş etdi ki, polisi çağırım. Sonra da oturub onları gözləyib”.
 
Gallegerin vəkilinin sözlərinə görə müvəkkili ona qarşı irəli sürülən ittihamı qəbul edir və məqsədi Viskonsində hər hansısa həbsxanaya getməkdir. 68 yaşlı müttəhim bildirib ki, Viskonsindəki həbsxanalarda tibbi xidmət və yeməklərin yaxşı olmasını eşitmişdi. Məhz yaxşı tibbi xidmət almaq üçün bu cinayəti işləyib.

OXŞAR XƏBƏRLƏR