Həbsdən çıxan müğənnimiz boşandı: “Övladımı mənə göstərmirlər” - VIDEO

Həbsdən çıxan müğənnimiz boşandı: “Övladımı mənə göstərmirlər” - VIDEO
 Yenicə azadlığa çıxan azərbaycanlı müğənni Emil Rəhmanov 2 yaşlı oğlu Əli Rəhmanovu hələ ki görə bilməyib. Lent.az-ın məlumatına görə, əməkdar artist Rəhman Rəhmanovun oğlu bu barədə ilk dəfə olaraq "APA TV”-nin "Show time” verilişində etiraf edib. E.Rəhmanov bildirib ki, boşanıb və buna görə də keçmiş həyat yoldaşı ona övladını göstərmir: "Azadlığa çıxandan sonra övladımı görməmişəm. Çünki buna hələ hazır deyiləm. Mən bir az açıq danışan insanam. Mən boşanmışam. Burada bəzi nüanslar var, ona görə də övladımı görə bilmirəm. Allahın köməyi ilə bu yaxınlarda görüşərik. Hər gün hara gedirəmsə, balaca uşaq görürəmsə, öz uşağım yadıma düşür, onu fikirləşirəm, pis oluram. Özüm övladımı görmək istəyirəm, buna can atıram, amma görə bilmirəm”.

E.Rəhmanov onu da bildirib ki, boşanmağının üstündən 2 il keçir: "Həbsə düşəndən sonra ailəm dağıldı. Yenidən barışmağımız, bir araya gəlməyimiz də mümkün deyil. Övladın günahı yoxdur axı. Qarşı tərəf istəmir ki, uşağımla görüşüm. Amma görüşəcəm”.

Qeyd edək ki, E.Rəhmanov ilk dəfə əvvəl 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra azadlığa çıxan Emil 2016-cı ildə həbs olunub və ötən ayda da azadlığa çıxıb.
 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...