Həbsdəki sabiq prezident sərbəst buraxılıb - Girov müqabilində

Həbsdəki sabiq prezident sərbəst buraxılıb - Girov müqabilində
Seul məhkəməsi Cənubi Koreyanın həbsdə olan sabiq prezidenti Li Myun-bakın girov müqabilində sərbəst buraxılmasına qərar verib.
2008-2013-cü illərdə ölkənin prezidenti olmuş Li Myun-bak ötən ilin martında məhkəmənin qərarı ilə 12 maddə üzrə, o cümlədən korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli hesab edilərək saxlanılmışdı. Məhkəmənin gedişində müəyyən edilib ki, sabiq prezident qardaşının adına olan avtomobil ehtiyat hissələri şirkətinin əsl sahibi olub. O, şirkətinin daha çox mənfəət əldə etməsi üçün ölkə prezidenti mövqeyindən sui-istifadə edib. Bundan başqa, keçmiş dövlət başçısının "Samsung” şirkətindən 5,9 milyard von (5,2 milyon ABŞ dolları) rüşvət aldığı təsdiqlənib. Oktyabrda məhkəmənin yekun iclasında Li Myun-bakın 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan olunub.

Sabiq prezident səhhətini və digər səbəbləri əsas göstərərək girov müqabilində sərbəst buraxılmasını xahiş etmişdi. Seul yüksək məhkəməsi onun bu istəyini yerinə yetirib.(Azərtac)

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...