AKTUAL

Həbsdəki müğənni Fədayə Laçından yeni XƏBƏR VAR

Həbsdəki müğənni Fədayə Laçından yeni XƏBƏR VAR

"Bakıda məhbusların qaçmasına yardım etdiyi üçün həbs olunmuş müğənni Fədayə Laçının cəza müddəti bu il oktyabrın 30-da bitir və onun azadlığa çıxmasına mane olacaq hər hansı səbəb yoxdur”.

 

Sfera.az xəbər verir ki, bu barədə modern.az-a danışan vəkil Türkel Süleymanlı verilən qərarın icra olunacağını bildirib:

"Hətta hansısa vətəndaş, təqsirləndirilənlərdən kimsə şikayət etsə belə, bu, qərarın icrasına mane olan hal deyil. İş Ali Məhkəməyə getsə belə, Apellyasiya Məhkəməsinin qərarı icra olunacaq və Fədayə xanım məhkəməyə azadlıqda olan şəxs qismində gedəcək. Çünki müvəkkilim oktyabrın 30-da cəzasını tam olaraq çəkmiş sayılacaq”.

Hüquq müdafiəçisi həbsdə olan müğənniyə bu həftə ərzində baş çəkəcəyini deyib:

"Ümumi vəziyyəti kafidir, amma təbii olaraq müalicəyə ehtiyacı var. Bu həftə ərzində Fədayə xanımla görüşəcəyəm. Çünki bəzi məsələlərin müzakirəsinə ehtiyac var.

Ümumiyyətlə Apellyasiya Məhkəməsinin qərarından sonra əhvlı xeyli dəyişib. Buna qədər onsuz da kifayət qədər ağır cəza çəkdi, çünki daha yüngül cəza ala bilərdi. Amma istənilən halda indiki nəticə əvvəlki ilə müqayisədə xeyli müsbətdir. Əvvəlki qərarla yerlə göy arasında fərq var. Burada maddə üzrə ən minimal cəza əsas götürüldü. Əvvəlki məhkəmə isə maksimala yaxın cəza kəsilmişdi. Buna görə də qanunun aliliyinə hörmət eləmiş Apellyasiya Məhkəməsinə sonsuz təşəkkür edirik”.


T.Süleymanlı Fədayə Laçının məhkəmə prosesinə biganə qalmayan mətbuat və ictimaiyyət nümayəndələrinə təşəkkürünü çatdırıb.

 

Xatırladaq ki, müğənni Fədayə Laçın  Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovla birlikdə hakim qarşısına çıxarılıb.

Onlar xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs ediliblər.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca” ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib.

Əli Ağami və "Qoca” adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə konvoy taborunun əməkdaşları olmuş Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Tabor komandiri polkovnik-leytenant Bəhruz Abdullayev 9 il azadlıqdan məhrum ediliblər.

"Qoca”nın qaçmasına kömək etməkdə suçlanan Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qatardan qaçan Əli Ağami isə digər cəzası ilə birləşməklə qəti olaraq 20 il azadlıqdan məhrum edilib.

B.Abdullayevə ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.

 

Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmədə qərar elan etdiyi qərara əsasən F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930