Havada hotel – SƏRNİŞİNLƏRƏ ŞAD XƏBƏR

Havada hotel – SƏRNİŞİNLƏRƏ ŞAD XƏBƏR
"Airbus” şirkəti bir ilkə imza atıb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyaca tanınmış təyyarə şirkətlərindən biri olan "Airbus” yeni istehsal etdiyi təyyarələrdə sərnişinləri yataqla təmin edəcək. 2020-ci ildə satışa çıxarılacaq bu təyyarələrdə yataq otağı kirayələmək üçün əlavə ödəniş tələb olunacaq. Bu isə sərnişinlərə havada ikən özlərini hoteldə hiss etmək imkanı verəcək. 

"Airbus” "A330”-u yenidən dizayn tərtibedərək burada yüklər üçün ayrılan ərazini yataq otağına çevirməklə yenilik bəxş etmiş olub. Yeganə çatışmazlıq ondan ibarətdir ki, yüklər üçün nəzərdə tutulan bu hissələr yataq otağına çevrilsə də, burada pəncərə olmayacaq. Təyyarədə yerləşdirilən divanlardan da yataq kimi istifadə etmək mümkün olacaq. 

Bu yataqlar bir, yaxud da iki nəfər üçün nəzərdə tutulub. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR