Harvard Universitetinin tarixi (Harvard University)
14:11 / 20.02.2017
2226
Boston vağzalında qatardan düşən solğun donlu bir qadın əri ilə Harvard Universiteti prezidentinin ofisinə üz tutdular.
Onlar üçün ğörüş təyin olunmamışdı. Katib elə ilk baxışdan müəyyən etdi ki, bu əyalət adamlarının Harvardla heç bir əlaqəsi yoxdur.
- Biz prezidentlə görüşmək istəyirik, - kişi astadan dedi.
- O, bütün gün məşğul olacaq, - deyə katib quru cavab verdi.
- Biz gözləyərik, - qadın dedi.
Bir neçə saat keçsə də qonaqların yerlərindən tərpənmədiklərini görən katib istəməsə belə prezidenti narahat etmək qərarına gəldi.
- Bəlkə, onları bir anlığa qəbul etsəniz tezliklə gedərlər? - deyə katib prezidentdən soruşdu.
Prezident dərindən nəfəs alaraq razılaşsa da, bildirdi ki, onun kimi vacib bir şəxsin bu cür solğun və yoxsul paltar geyinmiş adamlarla keçiriləcək vaxtı yoxdur.
Qonaqlar otağa daxil olduqda prezident sərt və təkəbbürlü şəkildə onlara baxdı. Qadın ona üz tutaraq dedi:
- Bizim oğlumuz bir il sizin universitetdə oxuyub. O buranı sevirdi və burda çox xoşbəxt idi. Amma təəssüf ki, O, bir il əvvəl gözlənilmədən vəfat etdi. Ərim və mən onun haqqında universitetin ərazisində xatirə qoymaq istəyirik.
Bu sözlər prezidenti nəinki sevindirmədi, əksinə, daha da qıcıqlandırdı.
- Madam! - O, təkəbbürlə cavab verdi - biz Harvardda oxuyub vəfat edən hər kəsə heykəl qoya bilmərik. Əgər belə etsək, onda bu yer qəbiristanlığa dönər.
- Xeyr, biz heykəl qurmaq istəmirik, biz Harvard üçün yeni bir bina inşa etmək istəyirik, - deyə qadın tələsik etiraz etdi.
Prezident onların rəngi solmuş paltarlarına baxaraq sual etdi:
- Bina! Siz təsəvvür edirsinizmi, buradakı bir binanın qiyməti nə qədərdir? Bütünlükdə Harvard Universitetinin binaları 7 milyon dollardan da çox vəsaitə başa gəlib.
Qadın cavab vermədi.
Prezident gülümsədi. Nəhayət, onlar gedəcəklər!
Qadın ərinə tərəf çevrildi və sakit dedi:
- Yeni universitet inşa etmək belə az xərcəmi başa gəlirmiş? Onda nə üçün biz özümüz universitet inça etməyək?
Kişi razılıq edərək başını yellədi.
Harvardın prezidenti özünü itirdi və rəngi ağardı.
Cənab və Xanım Stenford isə qalxaraq kabineti tərk etdilər.
- Onlar sevimli oğlullarının xatirəsinə Californiyada Palo Altoda öz adlarını daşıyan bir universitet qurdular - Stenford Universiteti.
Vikipediya:
Stenford Universiteti - Şəxsi araşdırma universiteti, Dünyanın ən nüfuzlu və tanınmış institutlarındandır, reytinqinə görə Dünya universitetləri arasında üst sırada yer alır.
2011-ci ildə Stenford Universiteti Dünya universitetləri arasında Akademik reytiqinə görə 2-ci yeri alıb. Forbes-in versiyasına görə Amerikanın ən yaxşı universitetləri sırasında 5-cidir. Milli reytinqdə Washington Monthly nəşrinə görə 4-cü, U.S. News & World Report Forbes nəşrinə görə isə 5-ci yerdədir.
Amerikanın Kaliforniya ştatında San-Fransiskonun 60 km cənubunda Palo Alto şəhəri yaxınlığında yerləşir.
Dəmir yolu maqnatı, Amerika Birləşmiş Ştatları senatoru və köhnə Kaliforniya Qubernatoru Leland Stenford və həyat yoldaşı Jane Stenford tərəfindən 1891-ci ildə yaradılıb. Universitet 16 yaşa çatmadan 1884-cü ildə vəfat etmiş Stenfordların yeganə oğlu kiçik Leland Stanfordun şərəfinə adlandırılmışdır.
Leland Stenford həyat yoldaşına belə demişdir: "Kaliforniyanın uşaqları bizim uşaqlarımızdır".