“Haranı qazırsan, Soros və oğlanları çıxır” – Fərhad Əhmədov

“Haranı qazırsan, Soros və oğlanları çıxır” – Fərhad Əhmədov

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov özünün sosial şəbəkə hesabında izləyicilərin marağına səbəb olan məqalə ilə çıxış edib. Sfera.az oxucu marağını nəzərə alaraq həmin yazını təqdim edir.


***


Hörmətli oxucular!


K. Zatulinin çıxışının dərcindən sonra sizdən məktublar almışam. Həmin məktublarda Gümridəki 102-ci baza ilə bağlı çoxsaylı suallar, şübhələr, iradlar yer alıb. Bəziləriniz bu bazanı Rusiyanın Azərbaycana hücumu üçün plasdarm kimi nəzərdən keçirirsiniz. Bununla əlaqədar olaraq, sizinlə öz fikirlərimi bölüşmək qərarına gəldim. Onlar açıq mənbələrə əsalanır, amma 21-ci əsrdə həmin mənbələrdə ya hər şey var, ya da heç nə yoxdur.

 

Əvvəlcə bazanın özü haqda


Gümrüdəki 102-ci baza hələ SSRİ dövründən bəri Ermənistanda yerləşdirilən bölmələr əsasında yaradılıb. 10 illiklər ərzində bu bölmələr dəfələrlə birləşdirilib, dağıdılıb, adları dəyişdirilib. Birləşmiş bölmələrin sonuncu adı 73-cü xüsusi motoatıcı briqadadır.

 

 

Nəyə əsasən baza Ermənistanda yerləşdirilib.

 

 

Bazanın istismarı ilə bağlı 1995-ci ildə 25 il müddətinə bağlanan müqavilə, 2010-cu ildə uzadıldı və 2044-cü ilə qədər qüvvədədir. Baza pulsuz fəaliyyət göstərir. Onun təmir xərcləri qismən (rəsmi olaraq 50%) Ermənistan tərəfindən ödənilir.


 

Qüvvələr və imkanlar


Gümrüdə əməliyyat-taktiki raket kompleksləri ilə, yaylım atəşli reaktiv sistemlərlə və Hava Hücumundan Müdafiə Qoşunları ilə gücləndirilmiş motoatıcı briqada, o cümlədən "İsgəndər”, "Smerç” və s. kimi əməliyyat-taktiki raket kompleksləri var. Arsenalda 30-a yaxın tank, 150-yə yaxın digər zirehli texnika, 50 artilleriya sistemi mövcuddur. Bazanın tərkibinə İrəvandakı 3624-cü aviabaza, 18 MİQ-29 qırıcısı, həmçinin 2 modernləşdirilmiş, 4 Mi-24P hücum vertolyotu və 8 çoxməqsədli Mi-8 vertolyotudaxildir. Texnikanın əsas hissəsi hələ də sovet istehsalıdır. Nə vaxtdır bazanın daha müasir avaddanlıqla təchiz edilməsi ilə bağlı söhbət gedir, amma hələ ki, bu baş verməyib.


Hesab olunur ki, bazanın potensialı Ermənistan Silahlı Qüvvələrinin imkanları ilə müqayisə edilə bilər, hava hücumundan müdafiə sistemlərinə görə isəhətta Silahlı Qüvvələri üstələyir.

 

Hərbi bazaya bitişik olan "8-ci şəhərcik" adlanan yaşayış məntəqəsində 4000 nəfərə yaxın hərbçi ailəsinin üzvləri yaşayır. Bütün hərbçilər müqavilə əsgərləridir. Müxtəlif mənbələrdən alınan məlumata görə, slravi əsgərlərin və zabitlərin 30-50 faizi Ermənistan vətəndaşıdır.


 

 

Növbəti sual: baza kimə tabedir və hansı məsələləri həll etmək üçün yaradılıb?


Baza təşkilati strukturuna görə Rusiyanın Rostovda qərargahı olan Cənub hərbi dairəsinin bir hissəsidir. Onun vəzifəsi "Ermənistan Respublikasının silahlı qüvvələri ilə əməkdaşlıqda Rusiyanın cənub sərhədlərinin qorunması" kimi təyin edilib.


Bazanın mürəkkəb geosiyasi mühitdə yerləşdiyini qeyd etmək də vacibdir. Beynəlxalq vəziyyət kəskinləşsə, baza təcrid olunmuş vəziyyətə düşəcək.

Bundan əlavə, onun hərbi potensialı, hətta Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağın silahlı birləşmələri ilə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin güc və imkanlarından aşağı səviyyədədir. Türkiyə Silahlı Qüvvələri isə mütləq üstünlüyə malikdir.


Sadalananlardan belə bir nəticə hasil olur ki, 102-ci bazanın hərbi yox, Ermənistanın müstəqillik qarantı kimi sırf siyasi əhəmiyyəti var, özü dəyalnız Türkiyə tərəfdən təhlükə yaranacağı halda (xatırladım ki, bazanın vəzifəsi "Rusiyanın cənub sərhədlərini qorumaqdır”). Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisində hər hansı hərbi əməliyyatın keçirilməsi isə bazanın qarşısına qoyulan vəzifələr siayhısına daxil deyil.

 

 

Bu məqamda 1 haşiyəyə çıxmaq istərdim. 2013-cü ildə "Krasnaya zvezda”qəzetində bazanın komandiri polkovnik Ruzinski ilə müsahibə dərc edilmişdi. Həmin müsahibədə səslənən bir fikirdən belə nəticəyə gəlmək olar ki, əgər Azərbaycan Dağlıq Qarabağ üzərindəki hüququnu güc yolu ilə bərpa etməyə çalışsa, baza hərbi qarşıdurmaya girə bilər.


 

Azərbaycanın haqlı iradına cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bu ifadəni "anlaşılmazlıq" adlandırdı, RİA. Novosti dövlət xəbər agentliyi isə sözügedən ifadəyə geniş material həsr etdi və həmin materialda polkovnikin sözləri "heç də yalnız siyasi olmayan fundamental bir səhv" adlandırıldı.

 

Odur ki, bu əsassız ifadənin polkovnikin müsahibəsində necə peyda olduğunu söyləmək çətindir. "Krasnaya zvezda” qəzetinin veb saytındakı reportaj yoxa çıxdığı üçün RİA. Novosti-də yer alan həmin materialın linkini təqdim edirəm.

//ria.ru/20131107/975370885.html."> //ria.ru/20131107/975370885.html.

 

 

 

Əlavə edim ki, polkovniklə general Ruzinskinin personası ətrafında bir sıra ziddiyyətlər mövcuddur. 2015-ci ildə, Ruzinski Ermənistanı tərk edəndə, yerli mətbuat onu məhkəməyə verməyi tələb edirdi, az sonra isə internetdə Ruzinskinin ermənilərin Qarabağda necə qorxaq olduqları haqda sözyədiyi fikrin linki yer aldı. Bu sitatın həqiqətən Ruzinskiyə aid olduğunu yoxlamağı bacarmadım.

 

 

 

Nəticələrə keçək. Rusiya üçün 102-ci bazanın mövcudluğu dəyərlərin çuğlaşması məsələsidir. Hansısa mərhələdə o Rusiyanı hakimiyyətin proyeksiyası, nüfuzu, Ermənistana təsir qolu kimi maraqlandırır.


 

Amma bütün bu müsbət cəhətlər müvəqqəti xarakter daşıyır. Təchizatı kəsilən baza yükə çevrilir. Bu məqamda xatırlatmaq istərdim ki, Peterburqda Alyaskanı saxlamağın əlverişsizliyini, müharibə olacağı təqdirdə isə itiriləcəyini anlayanda, onu satmağa üstünlük verdilər.

 

 

Gümrüdəki bazaya gəldikdə isə, İrəvandakı növbəti hakimiyyət dəyişikliyi onu təzyiq vasitəsindən girov vəziyyətinə salır, bununla yanaşı, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin uzun müddətli yaxşılaşması bölgədə sözügedən bazanın mövcudluğunu anaxronizm halına gətirir.


Xatırladım ki, Rusiya silahlarının Ermənistana, o cümlədən 102-ci bazaya maksimum tədarükü, Rusiya-Türkiyə münasibətlərinin qısamüddətli kəskinləşmə dönəminə təsadüf etmişdi.

 

Qısası, dəstəyi olmayan çamadan. Yeri gəlmişkən, daha bir kifayət qədər ciddi məqam əlavə edim. Bazadakı əsgərlərin yarısının erməni olması, günlərin birində onların rus zabitlərinin tabeliyindən çıxacağına işarədir.Odur ki, bu baza sadəcə dəstəksiz çamadan deyil, həm də saatlı bombadır.

 

Ermənistan üçün isə ölkə ərazisində Rusiya bazalarının olması həyati məsələdir. Bu bazasız, Rusiyanın geosiyasi dəstəyi olmadan, Ermənistanın bundan sonrakı mövcudluğu dumanlı görünür.

 

 

Belə isə nədən Ermənistanın yeni hakimiyyəti və onun tərəfdarları oturduqları budağı baltalayırlar? Nədən Moskva ilə konfliktə gedirlər? Nəyə görə hamı bazanı ölkə ərazisindən çıxarmağı tələb edir?


Bunun bircə cavabı ola bilər. Böyük rol dəyişikliyinə hazırlıq gedir. "Qarant”ı dəyişməyə hazırlaşırlar. Daha doğrusu, belə bir nəticəyə gəlmək olar ki, Ermənistan hakimiyyəti ABŞ-da demokratların hakimiyyətə gəlişinə "stavka” etməklə yanaşı, ümid edir ki, onların hakimiyyəti dövründə Ermənistanı Moskvadan qoparıb Amerikanın himayəsi altına salmaq ideyası Rusiyanı "cəzalandırmaq”, "tormozlamaq” və " sıxışdırmaq” yollarından biri kimi gündəmə gələ bilər. Necə deyərlər, haranı qazırsan, Soros, onun oğlanları və hoqqaları üzə çıxır.


 

Ardı var... Siz ciddi mövzulara toxunmusunuz, mənim borcum da öz düşüncələriimi sizinlə bölüşməkdir.

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...