Hansı müəllimlər sertifikasiyadan azad olunacaq?

Hansı müəllimlər sertifikasiyadan azad olunacaq?
Azərbaycanda sertifikasiyadan azad olunacaq müəllimlərin və digər təhsil verənlərin kateqoriyası müəyyənləşib.

Sfera.az bildirir ki, Azərbaycan Prezidenti tərəfindən Əmək Məcəlləsinə təklif edilən 67-2 maddədə bildirilir ki, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilməyəcək.

Bundan başqa, ilk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər də sertifikasiyadan keçirilməyəcək.

Layihə Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin mayın 22-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.(APA)

XƏBƏR LENTİ