Hansı məşhurlarımız oruc tutacaq? - FOTO
10:36 / 17.05.2018
2178
Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın.
"Qurani-Kərim”də yazılan bu sözlər müqəddəs Ramazan ayı ilə bağlıdır.
Bu gündən etibarən start götürən mübarək ay on bir ayın sultanı hesab olunur.
Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Bu ayda insanlar oruc tutaraq bir çox günahlarından təmizlənmək istəyirlər.
Bəs məşhurlarımız necə? Ramazan ayında oruc tutub, aclığı hiss edəcəklərmi?
Sfera.az Oxu.Az-a istinadən Ramazan ayı ilə bağlı məşhurlar arasında apardığı sorğunu təqdim edir:
Müğənni Nigar Camal:
"Oruc tutmağa çalışmışam. Amma heç vaxt alınmayıb. Çaysız qala bilmirəm”.
Aparıcı İlkin Həsəni:
"Səfərlərim çox olduğu üçün oruc tuta bilməyəcəm”.
Prodüser Təranə Səmədova:
"Oruc tutmayacağam. Deistəm. Bütün dinlərə hörmətim var. Lakin tək Allaha inanıb, ona itaət edirəm”.
Müğənni Çinarə Məlikzadə:
"Sağlamlığımla bağlı problemlərim var deyə, dərmanlar qəbul edirəm. Ona görə oruc tutmayacağam”.
Aktyor Kamran Ağabalayev:
"Çəkilişlərimiz çoxdur, oruc tutmayacağam”.
Teleaparıcı Vüsalə Kərimova:
"Hər il Ramazanda oruc tuturam. Nəinki Ramazanda, Şaban ayı başlayandan oruc tuturam. 2-3 gündür fasilə vermişəm ki, Ramazan başlayanda gücüm olsun. Ramazan bitənədək oruc tutacağam. Allah hamının orucunu qəbul etsin”.
Bəstəkar Murad Arif:
"İnşallah, nəfsimizə hakim ola bilək. Allah ruzimizi versin. Tutmağa çalışacağam”.
Aktrisa Xumar Səlimova:
"Din anlayışım başqadır. Allaha inanıram. Amma oruc tutmuram”.
Müğənni Səbinə Əskərova:
"Susuzluğa və istiyə dözümüm yoxdur. Məndə alınmayacaq. Allah bütün oruc tutanların orucunu qəbul etsin”.
Bəstəkar Pərviz Mahmudov:
"12 ildir oruc tuturam. Bu, hər bir müsəlmanın borcudur”.
Aktrisa Cəmilə Tağızadə:
"Qayınanam və həyat yoldaşım oruc tutacaq. Mən də onlara gözəl iftar süfrəsi hazırlayacağam. Məndə alınmır. İftar qonaqlığı ilə bu ili yola verəcəyəm. Görək, gələn il nə olur”.
Sfera.az