“Hamlet İsaxanlı Allahsızdır”- Müəllim məhkəməyə müraciət edəcək

“Hamlet İsaxanlı Allahsızdır”- Müəllim məhkəməyə müraciət edəcək
"Hamlet İsaxanlı allahsızdır. O, bunu 2011-ci ildə, 4 nəfərlik xüsusi bir məclisdə özü etiraf etmişdi”.

Bunu Xəzər Universitetində 160 manatlıq maaşa etiraz etdikdən sonra rəhbərliyin hədəfinə gələn müəllim Mail Yaqub deyib. O, bildirib ki, 2008-ci ildə 2 saatlıq gərgin fəlsəfi müsahibədən sonra Xəzər Universitetində "Müasir Avropa fəlsəfəsi" fənnini tədris etməyə başlayıb. 2013-cü ildə Hamlet İsaxanlı öz təklifi ilə onu 500 manat maaşla "Fəlsəfə və Sosiologiya" kafedrasının müdiri təyin edib. "2015-ci ilin noyabr ayında Hamlet İsaxanlı tərəfindən rektor kimi təyin edilən Hasan Niknafs adlı bir iranlı iclasa gecikdiyim üçün bütün həmkarlarımın yanında məni iclasdan məcburi şəkildə çıxartdı. Heç kim etiraz etmədi. Mən də hörmətsizlik etmədən iclasdan çıxdım və xaricdə səfərdə olan Hamlet İsaxanlını gözlədim. 

Mən kafedra müdirliyindən istefa verdim. Prorektor Məhəmməd Nuriyev məni otağına çağırdı və dedi ki, tam ştatdan çıxırsansa heç olmasa yarım ştatda qal. Qəbul etdim və etiraz edib Xəzəri tərk edənə qədər yarım ştatda idim. Yarım ştat olandan sonra hər qrupa mənə 160 manat əmək haqqı ayrıldı. Məndə maksimum 3 qrup olurdu - 470 manat pul yazılırdı. 

Etiraz etmədən işimə davam edirdim. Niyə etiraz etmirdim? Birinci. Mənə demişdilər ki hələ sənə ən yüksək məbləğ verilir. Xəzərdə bu gün də 120 manat maaş alan müəllim var. Yəni bir müəllim bir qrupa dərs demək üçün ayda 8 dəfə-həftədə 2 dəfə uzaq məsafə qət edib dərsə gedir və ayın sonunda 120 manat əmək haqqı alır. 

İkinci. Pula görə kəskin etiraz edib rezonans yaratmağı özümə sığışdırmırdım, canım qədər sevdiyim gül tələbələrimdən utanırdım.

Və 2019-cu il gəldi. Fevral ayında tədris ilinin ikinci semestri başladı. Mənə 80 nəfərlik qrup verdilər. Mart ayının 7-də kartıma oturan pula baxdım-heç nə dəyişməyib -160 manat. Artıq səbr kasam doldu. Özümü təhqir olunmuş hiss etdim. Təsəvvür edin, 80 tələbənin hər biri təkcə mənim dərsimə 400 manat universitetə pul ödəyiblər. Və 32 min manat puldan 4 ay ərzində mənə cəmi 640 manat pul çatacaq. Bu dəfə dözə bilmədim, həftənin 2-ci günü  yeni rektor İradə Xəlilovanın qəbuluna getdim və yarım ştat üçün 800 manat əmək haqqı tələb etdim. Dedim ki 2 qrupa dərs deməyə hazıram bu məbləğ qarşılığında. İradə xanım mənə təskinlik verərək məsələni araşdıracağına söz verdi. Ertəsi gün mənə zəng etdi:

- Mail müəllim, mən danışdım, dedilər ki biz bundan artıq verə bilmərik. 

Siz Azərbaycanın lider universitetinin rəhbərliyinin 11 il müddətində 4 mindən artıq tələbəyə vicdanla-sədaqətlə xidmət edən, ayda ən azı 2 TV verlişində Xəzərin adını yüksək səviyyədə təbliğ edən bir müəlliminə sərgilədiyi münasibətinə baxın. Heç olmasa məni görüşə də dəvət etmədilər və şifahi şəkildə "İstəmirsə gedə bilər" dedilər. 

Sonra 2 cümləlik etiraz statusu yazdım.Yazdım ki Xəzər universitetində mənə 160 manat məvacib verirlər, bu, müəllimi təhqir etməkdir. Ölkədə geniş islahat getdiyi bir dönəmdə Xəzər özünü sanki uzaq bir ada zənn edir. Həmin satus bir çox saytlar tərəfindən (məndən xəbərsiz) dərc edildi.

Ertəsi gün Xəzərdən mənim etirazıma cavab gəlir:

- O adam əxlaqsız idi.

- O adam cəhaləti təbliğ edirdi.

- O adam ingilis dilində dərs demirdi deyə ona az maaş verirdik.

- O adam özünü yaxşı aparmırdı deyə biz onu kafeddra müdirliyindən xaric etdik…

Bütün ittihamlara dərhal cavab verdim. Dedim ki, əxlaqsızı, cəhaləti təbliğ edəni nə əcəb 11 il orda saxlamışdınız? Demək, mən etiraz etməsəydim, mənə verilən dilənçi puluna göz yumub ötən illər kimi işimə davam etsəydim yaxşı müəllim olardım?

Məsələ gün kimi aydın idi-şər-böhtan.

Mən məsələyə xitam verdiyim halda bizimyol.info saytı yenidən məsələni gündəmə gətirib və Hamlet İsaxanlıdan müsahibə alıb. Hamlet İsaxanlı əvvəlki ittihamları yenidən təkrarlayıb və bütün saytların manşetinə "Xəzərin müəllimi əxlaqsızlığa görə qovulub" cümləsı çıxıb. Oxdum və bir o qədər də təəccüblənmədim. 

Mənim Hamlet İsaxanlının olduqca yüngül ittihamlarının qarşılığında indi, burda deyəcəyim bir söz yoxdu. Əslində var, amma demirəm, səviyyəmi endirmək istəmirəm. Mən sözümü məhkəmədə deyəcəm”.

OXŞAR XƏBƏRLƏR

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...